Qeydiyyat    Giriş
Giriş
LUX.AZ NEWS & INTERTEIMENT PORTLAL » Xəbərlər » Tədris nə vaxt başlayacaq? - RƏSMİ

Tədris nə vaxt başlayacaq? - RƏSMİ

Bölmə: Xəbərlər
Tədris nə vaxt başlayacaq? - RƏSMİ
Təhsil naziri Ceyhun Bayramov tədrisin başlanacağı tarix barədə danışıb.

lux.az xəbər verir ki, nazir AzTV-nin “Hədəf” verilişinə müsahibəsində bu mövzunun həm Təhsil Nazirliyində, həm də təhsil sistemində çalışanların ən böyük arzusu olduğunu deyib.

Nazir bildirib ki, təhsil sistemində tədrisin bərpa olunması 2 milyon insanın gündəlik hərəkəti deməkdir:

“Bir çox hallarda nəqliyyatdan istifadə etmək var. Bu gün ölkədə sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.

C.Bayramov hesab edir ki, bu həftə ərzində tədrisin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, ölkədə martın 3-dən etibarən tədris dayandırılıb.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
Şərhlər yaz
Adınız:
E-Mail:
Kod:
          yenilə, əgər kod görünmürsə
Kodu daxil edin: