Qeydiyyat    Giriş
Giriş
LUX.AZ NEWS & INTERTEIMENT PORTLAL » Xəbərlər » "Mall"lar, kafe və restoranlar yumşalmaya hazır olmalıdır - RƏSMİ

"Mall"lar, kafe və restoranlar yumşalmaya hazır olmalıdır - RƏSMİ

Bölmə: Xəbərlər
"Mall"lar, kafe və restoranlar yumşalmaya hazır olmalıdır - RƏSMİ
“Karantin rejimi çox ciddi əhəmiyyət kəsb edir, çünki bu tədbirlər insanlar arasında yoluxma sayının artmasına imkan vermir”.

lux.az sonxeber.az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, yumşaldılma tədbirlərinə gediləcək və bu tədbirlərə hamı hazır olmalıdır:

“Kafelər, restoranlar, digər ictimai iaşə obyektləri, “mall”lar, çimərliklər – hamısı hazır olmalıdır ki, təlimatlar və sanitar gigiyenik normalara mütləq şəkildə riayət etsin. Əks təqdirdə yenə yoluxma sayında artım müşahidə olunacaq. Dövlət yenə məcbur olacaq ki, karantin tədbirlərinin sərtləşdirilməsinə yenidən getsin. Çünki burda insan sağlamlığından söhbət gedir.

Eyni zamanda biznes sahibləri bütün hazırlıq işlərini görməli və vətəndaşlardan istər nəqliyyat, istər metro, istərsə də supermarketlərdə tələb etməlidir ki, sanitar gigiyenik normalara riayət etsinlər. Supermarket bunu etmədikdə, alış-verişə gedən insanlar yoluxacaq və ailə üzvlərini də yoluxduracaq”.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
Şərhlər yaz
Adınız:
E-Mail:
Kod:
          yenilə, əgər kod görünmürsə
Kodu daxil edin: