Qeydiyyat    Giriş
Giriş
LUX.AZ NEWS & INTERTEIMENT PORTLAL » Xəbərlər » TƏBİB sədrindən açıqlama: Karantin rejimi uzadılır?

TƏBİB sədrindən açıqlama: Karantin rejimi uzadılır?

Bölmə: Xəbərlər
TƏBİB sədrindən açıqlama: Karantin rejimi uzadılır?
"Karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər planını hazırlayırıq”.

lux.az APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı bildirib ki, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir: "Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Bu ikinci dalğa yoluxmaya səbəb ola bilər”.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
Şərhlər yaz
Adınız:
E-Mail:
Kod:
          yenilə, əgər kod görünmürsə
Kodu daxil edin: