Qeydiyyat    Giriş
Giriş
LUX.AZ NEWS & INTERTEIMENT PORTLAL » Foto » “Lotu Quli”nin ölümündən sonra cinayətkar aləmin yeni liderinin adı açıqlandı - FOTO

“Lotu Quli”nin ölümündən sonra cinayətkar aləmin yeni liderinin adı açıqlandı - FOTO

Bölmə: Foto / Xəbərlər
“Lotu Quli”nin ölümündən sonra cinayətkar aləmin yeni liderinin adı açıqlandı - FOTO
Cinayətkar aləmdə liderliyə iddia edə biləcək yeganə kriminal avtoritet Suxumi klanının lideri Merab Djanqveladzedir ("Suxumski”).

Bu barədə Lenta.ru-ya kriminal aləmdə həyatın işıqlandırılması ilə məşğul olan, Rusiyanın  "Praym Kraym” informasiya agentliyinin redaktoru Viktoriya Gefter məlumat verib.

Onun fikrincə, Merab Suxumskini yeraltı dünyanın yeni lideri adlandırmaq olar, çünki o, avqustun 19-da qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifov ("Lotu Quli”) ilə bərabər nüfuza malik biridir.
"Praym Kraym” redaktoru "Quli”nin ölümünün mafiya müharibələrinin nəticəsi olduğunu deyib:

"Düşünürəm ki, bu (qətl) ən çox elə "Quli”nin özü üçün gözlənilməz oldu. Bir çoxu onun belə sonu  olacağını proqnozlaşdırsa da, bu qədər tez olacağını düşünmürdü. "Quli” düşmənlərini tanıyırdı, amma ölümün haradan gələcəyini bilmirdi. Qatilini özü yaxınlaşdırdı və başının arxasından vuruldu”.

Viktoriya Qefter azərbaycanlı "qanuni oğru”nun klanının taleyinin anlaşılmaz olduğunu bildirib.

"Əsas məsələ Quli imperiyasının nədən ibarət olduğu və onun kimə miras qalacağıdır”, - deyə agentliyin həmsöhbəti sözlərini yekunlaşdırıb. (oxu.az)

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
Şərhlər yaz
Adınız:
E-Mail:
Kod:
          yenilə, əgər kod görünmürsə
Kodu daxil edin: