LUX.AZ > Xəbərlər > Azərbaycanın tanınmış modelyeri Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib.

Azərbaycanın tanınmış modelyeri Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib.


10-10-2017, 16:58. Yazar: Admin
Azərbaycanın tanınmış modelyeri Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib.
LUX.AZ-ın məlumatına görə, modelyerin “sirr -2017” adlı kolleksiyasının fotoları dəniz kənarında
çəkilib.

Sayıtımıza açıqlamasında Əliyev yeni kolleksiyası haqqında bunları deyib: “Yay mövsümü
artıq başa çatdı, dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim etməyə başlayıblar və
mən də yeni əl işlərimi fərqli üsulda nümayiş etdirmək istədim. Payız ayı olmasına baxmayaraq
mən daha çox rəngli parçalara üstünlük verdim. Mən bu işimdə payız və qış aylarında,
xanımlarımız cansıxıcı geyimlərdən uzaq tutmaya çalışdım. Çünki, qadınlarımızın bu aylarda
gözoxşayan, cəlbedici geyimlər üstünlük vermələrini istəyirəm. Onu da bildirim ki, bu il payız-
qış aylarında gözoxşayan rənglər trend olacaq”.

Məlumat üçün bildirək ki, Azərbaycanın bir çox məşhurları ilə çalışan modelyer Fikrət Əliyev
xarici ölkələrdə də öz geyim kolleksiyaların təqdim edib.
Qeyd edək ki, fotoqraf Eko Safarlinin çəkdiyi Fotosessiyayada modelər Seymur İlhan, Nuranə
Abasova, Səxavət və Şahnaz çəkilib.
Geriyə qayıt