LUX.AZ > Xəbərlər > Sabah Bakıda atəşfəşanlıq olacaq

Sabah Bakıda atəşfəşanlıq olacaq


14-03-2011, 14:04. Yazar: Admin

Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti Bakı sakinlərini  bayram şənliyinə dəvət edir.


Lux.Az-ın Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 15-də saat 12.00-da Azneft meydanından dəvə karvanı ilə hərəkət edərək Suraxanı rayonundakı Atəşgah məbədindən od götürən milli geyimli oğlan və qızlar musiqi sədaları altında, Novruz personajlarının iştirakı ilə gətirilən odla saat 19.00-da Qız qalasının üstündəki məşəli alovlandıracaqlar. İlaxır çərşənbə münasibətilə Qız qalasının qarşısındakı meydanda incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

ANN Xəbər

Geriyə qayıt