Qeydiyyat    Giriş
Giriş
» » AŞ PA-dan Ermənistana çağırış

AŞ PA-dan Ermənistana çağırış

Bölmə: Xəbərlər

Avropa Şurası Parlament Assambleyası Ermənistanı cəsədləri qaytarmağa çağırıb

Yazılı müraciət “Azərbaycan hərbçilərinin meyitinin qaytarılmasının vacibliyi haqqında” adlanır. Sənədi Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb. Sənəddə qeyd olunur ki, iyunun 18-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub və Azərbaycan mövqelərinə hücum çəkib. Hücum zamanı Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov öldürülüb. Erməni tərəfi onun meyitini götürüb və qaytarmaqdan imtina edib. Bir neçə gün sonra isə internetdə Mübariz İbrahimovun meyitinin şəkilləri yayılıb. O vaxtdan Qırmızı Xaç Komitəsinin səylərinə baxmayaraq, Mübariz İbrahimovun meyiti qaytarılmır.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©