Qeydiyyat    Giriş
Giriş
» » Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş filmin təqdimatı olub

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş filmin təqdimatı olub

Bölmə: Xəbərlər
alt
Sentyabrın 22-də Dövlət Film Fondunun kinozalında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Müqəddəs Zirvə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, filmin təqdimatında fondun rəhbəri Cəmil Quliyev, filmin redaktoru Günel Paşayeva, Ombudsman Elmira Süleymanova və digər şəxslər çıxış edib, Mübariz İbrahimovun qəhrəmanlığından danışıblar. Filmin nümayişindən öncə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf edilmiş, sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə əməkdar artist Tünzalə Ağayevaya məxsus “Şəhidim” musiqi kompozisiyasına çəkilmiş klipin də təqdimatı keçirilib.

Millət vəkili Qənirə Paşayevanın və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə çəkilən filmin rejissoru Etibar Məmmədov, redaktoru Günel Paşayeva, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır. “Müqəddəs Zirvə” sənədli filmində Mübariz İbrahimovun həyat və döyüş yolundan bəhs olunur. Filmdə milli qəhrəmanın valideynləri, yaxınları, həmçinin əsgər yoldaşları və komandirlərinin fikirləri əksini tapıb. Filmdə Mübariz İbrahimovun Vətən, Qarabağ haqqında düşüncələrinə xüsusi yer verilib.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©