Qeydiyyat    Giriş
Giriş
» » Azərbaycanlı ailələr oğlan uşağı doğulmasını daha çox istəyirlər

Azərbaycanlı ailələr oğlan uşağı doğulmasını daha çox istəyirlər

Bölmə: Xəbərlər

Boşananların yarısı isə övladı olmayan cütlüklərdir

Azərbaycanda il ərzində qeydə alınan boşanma hadisələrinin təxminən yarısı uşağı olmayan ailələrin payına düşür. Bu barədə məlumat verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva onu da bildirib ki, yeni doğulan körpələrin 54 faizinin oğlan olması 20-30 ildən sonra problem yarada bilər. A. Sofiyeva onu da qeyd etdi ki, son vaxtlar Azərbaycanda boşanmaların artdığı bildirilsə də, əslində bu sahədə artım yoxdur. Hər il boşanmaların sayı 10-11 faizdən çox olmur. Avropa ölkələrində isə bu göstərici 35-60 faizdir. “İl ərzində qeydə alınan 7800-7900 boşanma hadisəsinin təxminən yarısı uşağı olmayan ailələrin payına düşür. Boşanmaların sayının azaldılması üçün maarifləndirmənin məktəb yaşlarından aparılması çox vacibdir. Bu məqsədlə yuxarı sinif şagirdlər üçün “Ailə” dərsliyin olması da çox önəmlidir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaq ili” çərçivəsində ölkə prezidentinin sərəncamı ilə Azərbaycan ailəsi ilə bağlı apardığı araşdırmanın nəticələrini yaxın vaxtlarda təqdim edəcək.
Komitə rəsmisi deyir ki, həmin araşdırmalara əsasən, hazırda Azərbaycan ailəsində orta hesabla 2-3 uşaq var. Bölgələrdə isə çoxuşaqlı ailələrin sayı daha çoxdur. Komitəni narahat edən əsas məsələlərdən biri isə Azərbaycanda yeni doğulan oğlan uşaqlarının sayının qızlara nisbətən çox olmasıdır. A. Sofiyeva: “Norma adətən, yeni doğulan körpələr üçün 52-48 faiz nisbəti götürülsə də, Azərbaycanda artıq il ərzində doğulan körpələrin 54 faizi oğlanlardır. Bu da müəyyən on illiklərdən sonra bizə problem yarada bilər. Bununla bağlı müəyyən təkliflər səsləndi. Bunlardan biri o oldu ki,  həkimlər xüsusi aparatla uşağın cinsini əvvəlcədən müəyyənləşdirməsinlər, amma bu məsələdə əsas maarifləndirmə işidir”.
 

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©