Qeydiyyat    Giriş
Giriş
» » Bakıda məktəb direktoru qadın müavinini döyüb

Bakıda məktəb direktoru qadın müavinini döyüb

Bölmə: Xəbərlər

Bakıdakı orta məktəblərdən birində direktor müavinini döyüb.
Mega Production-nın məlumatına görə, hadisə Sabunçu rayonunda yerləşən 252 saylı orta məktəbdə baş verib. Məktəbin direktor müavini Fazilə Muradova APA-ya açıqlamasında sentyabrın 7-də məktəbin direktoru Abbasqulu Quliyevin ona ciddi xəsarət yetirdiyini bildirib: “Sentyabrın 7-də işdə tabel jurnalına imza atan zaman direktor qəflətən arxadan qolumdan zərbə endirdi, sonra isə tabel jurnalını cırdı. Bu hadisədən sonra iki gün səhhətimdə problemlər yarandı, dəfələrlə üstümə təcili yardım çağırıldı. Aramızdakı münaqişənin səbəblərinə gəlincə, o öz yerinə qızını direktor qoydurmaq, özü isə mənim yerinə keçmək istəyir. Əvvəllər onun həyat yoldaşı bizim məktəbdə direktor olub, sonra onu cinayət işi ilə əlaqədar məktəbdən çıxarıblar. Yəni indiki direktor həyat yoldaşının yerinə gəlib, ötən ilin sentyabrından bu vəzifədədir. O, pensiya yaşında olmasına baxmayaraq burada rəhbərlik edir. Bilmirəm necə olur ki, bu əmək haqqı ilə onun bir neçə yerdə evi, bahalı avtomobili var”.

F. Muradova, həmçinin qeyd edib ki, bu gün məktəbdə keçirilən iclasda bütün müəllim heyətinin gözü qarşısında direktor onu iclasa buraxmayıb: “Mən 1988-ci ildən bu məktəbdə işləyirəm. Bu hadisədən sonra şagirdlərimin qarşısına necə çıxacağam? İşi-gücü hamını şantaj etmək, müxtəlif yollarla hamını mənə qarşı qaldırmaqdır. O məni vurandan sonra ekspertizadan keçdim, ekspertizanın rəyi ilə yanaşı, bütün sənədlər var. Bu məktəbdə ya o qalmalıdır, ya mən. Mən artıq onunla bir yerdə işləyə bilmərəm”.

F. Muradova direktorun bir neçə müəllimlə davamlı olaraq münaqişəsinin olduğunu, eləcə də təhsil ocağında şagirdlər qarşısında tez-tez nalayiq ifadələr işlətdiyini də deyib.

Məsələyə münasibət bildirən direktor Abbasqulu Quliyev isə Fazilə Muradovaya fiziki təzyiq göstərmədiyini, deyilənlərin yalan olduğunu qeyd edib: “Mənim onunla yeganə davam davamiyyət üstündədir. O, işinə laqeyd yanaşır, vaxtı-vaxtında işə gəlmir. Özü öz əlini göyərdib, bunu mənim etdiyimi deyir. Onun bütün iddiaları əsassızdır. O mənim yerimə göz dikib. Mənim onun burada işləməsinə heç bir etirazım yoxdur”.

Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə APA-ya açıqlamasında hadisə qeyri-iş gününə təsadüf etdiyindən insidentdən bu gün xəbər tutduqlarını deyib. O, Bakı şəhər üzrə Baş Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva tapşırığı ilə hadisənin araşdırıldığını bildirib.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
ŞƏRHLƏR (7)
İstfidəçi offline-dır gfb_252 21 sentyabr 2010 08:58
men 252 nomreli mektebi bu il (2010) bitirmisem.Abbasqulu muellim mektebe gelenden sonra mektebde dava-qirginlar basladi.Defelerle bizim yanimizda muellimelerimize alcaldici sozler isletdi.Biz de cavab qaytaranda ya el-qol atmaga,ya da mektebden cixartmaga basladi.Kolidorun ortasinda mekteb yoldasimiza yumruq atib sonra da mektebden cixartdi.Razdivalkada usaga tepik atarken yixildi.Bizlerin,yeni 11ci sinif sagirlerinin siniflerini 4.cu mertebeye cixarib giris-cixis qapilara demir hasar cekdirdi.Qis vaxti derse uzaqdan geldikleri ucun geciken usaqlari oglanli-qizli colde qoydu. 01.02.2010cu il tarixinde bu psikopata qarsi sagirler terefinden mitinq kecirildi.Indi de butun sagirdlerin en sevdiyi muellimelerden biri olan Fazile muellimemize al qaldirib.Ve Tehsil Nazirliyi hele de bu insan qarsisinda acizdi.Cunki bu insan hele de 252de direktordu..
          1
İstfidəçi offline-dır rena252 22 sentyabr 2010 14:09
men helede 252de oxuyuram fazile muellimeden coxda xowum gelmir direktordaa vicdanizdi uwaqlarin coxunu mektebden cxarti yadimdadi kimes tepik vuranda yixilmiwdi lol .hal hazirda mektebimiz litsey olub hecde litseye oxsamire remont elemirler her il 1behane eleyirler nebilim goresen ne vaxt remont olunacaq,
          2
İstfidəçi offline-dır samir 7.6 14 oktyabr 2011 21:18
men de 252 de oxuyuram direktor trminator abbasquludu o mektebi lisey eledi amma mekteb delixanaya oxsayir qapi pencere it gunune duwub indide mellimeni doyub yaxsi adamdisa getsin 94 dun uwaqlari onu doymuwdu getsin onlari doysun gucu ancaq uwaqlara catir mene de wille atmiwdi men dala cekildim ozu yixildi meni de mektebden cixartdi. lol lol
          3
İstfidəçi offline-dır Admin 15 oktyabr 2011 11:38
Salam men saytin rehberiyem .
Men 252-ni bitirmisem , menim vaxtimda Svetlana muellime idi direktor.
Onun vaxtinda her sey qaydasinda olub.2004-den sonra o mektbden hec xeberim olmayib.
          4
İstfidəçi offline-dır samir 7.6 15 oktyabr 2011 22:12
ele abbasqulu svtanin eridide admin
          5
GUNEL 12 iyul 2012 13:55
SALAM MEN KECEN IL YASAMAL RAYONU 38 SAYLI ORTA MEKTEBI BITIRMISEM
          6
Sehla eliyeva 21 iyul 2012 13:45
08.11.2006 teveludli oglum eliyev wehriyar wahin oglu 1 ildirki qan xesdeliyi olan NIMMAN-PIK xesdeliyinen eziyet cekir dunya uzurem 500dene azerbaycan resbublikasinda ise yegane menim ovladimdadir malicesi azerbaycanan kenarda amerikada movcudur tenha ana oldugum ucun ovladimi malice eledire bilmirem hekimlerin dediyine gorem uwagin dalagi bir inek dalagi boydadir xaiw edirem butun senedleri elilik vesiqeside var size gorsedim lazimi yelerde mene komek edesiniz uwagimi malice edirem avqust sentiyabir aylari uwagin en agir aylaridi uwag bu aylarda malice olunmasa uwagimi itire bilerem xaiw edirem mene komek edesiniz yazmadigim gemediyim yer qalmayib yene goyde ALLAH yerde sizedi umudum elaqe nomrem 051-960-78-93 wehla eliyeva uwagin anasi
          7
>
©