Qeydiyyat    Giriş
Giriş
» » AZƏRBAYCANLI ŞAGİRD ERMƏNİNİ ÖLDÜRDÜ

AZƏRBAYCANLI ŞAGİRD ERMƏNİNİ ÖLDÜRDÜ

Bölmə: Xəbərlər

Yeniyetmə aldığı zərbədən yerindəcə keçinib
Rusiyanın paytaxtı Moskva şəhərinin 501 saylı orta məktəbində 9-cu sinif şagirdi Məmməd adlı azərbaycanlı ilə 11-ci sinifdə oxuyan erməni əsilli Edik Markaryan arasında baş verən mübahisə ölümlə nəticələnib. Hadisə şahidlərinin sözlərinə görə, Edik Markaryanla sözləri çəpləşən azərbaycanlı şagird dərsdən sonra məsələni aydınlaşdırmağı təklif edib. Uşaqlar dərsdən sonra məktəbdən kənarda mübahisə etməyə başlayıblar. 

Əvvəlcə hər iki uşaq bir-birinin üstünə bıçaq çəkib. Lakin yuxarı sinif şagirdləri bıçaqları onların əlindən alıb. Bundan sonra ilk olaraq Edik Məmmədi itələyib. Ağaca dəyən Məmməd Ediki yerə yıxaraq onun başına yumruğu ilə bir zərbə vurub. 

Yeniyetmə aldığı zərbədən yerindəcə keçinib. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər. Məmməd isə milis işçiləri tərəfindən tutularaq 5 saata yaxın milis bölməsində saxlanılıb. Sonradan yeniyetmənin adından şəhərdən çıxmamaq haqqında iltizam alındıqdan sonra o, evə buraxılıb. 

Sinif yoldaşları Məmmədin güləşlə məşğul olduğunu bildiriblər. Şagirdlərin sözlərinə görə, faciənin baş verdiyi gün Məmməd məktəbə sərxoş vəziyyətdə gəlib.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©