Qeydiyyat    Giriş
Giriş
» » Kirill Şeyxülislama söz verib / Kirill said Sheyxulislama keyword

Kirill Şeyxülislama söz verib / Kirill said Sheyxulislama keyword

Bölmə: Xəbərlər

Moskva və Bütün Rusiyanın patriarxı Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin Azərbaycana qaytarılmasına çalışacağını deyib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan Ordusunun giziri, Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılması ilə bağlı Moskva və Bütün Rusiyanın patriarxı Kirillə yazılı şəkildə müraciət edib.

Bu barədə APA-ya QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Onun sözlərinə görə, bu məsələ Şeyxülislamla Kirillin təkbətək görüşü zamanı müzakirə edilib. Kirill Şeyxülislama söz verib ki, M.İbrahimovun meyitinin qaytarılması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər rayonunu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. 22 yaşlı gizir Mübariz İbrahimovun meyiti ermənilər tərəfindən götürülüb və hələ də geri qaytarılmayıb.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©