Qeydiyyat    Giriş
Giriş

Orta məktəbdə qətl

Bölmə: Xəbərlər

Nizami rayonundakı məktəbin həyətində başlayan mübahisə ölümlə bitdi
Avqustun 10-da saat 04:00 radələrində Bakının Nizami rayonunda bir məktəbin həyətində bıçaqlanma hadisəsi baş verib. Lux.az-ın Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, yaralanan şəxs yerləşdirildiyi xəstəxanada keçinib.

Prokurorluq əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, saat 03:30-da 272 nömrəli orta məktəbin həyətində “Dima” ləqəbli 20 yaşlı Kənan Əli oğlu Quliyev ilə 25 yaşlı Həzrətəli Mirdamət oğlu Ağalarov arasında mübahisə olub. Bu zaman Kənan Quliyev Həzrətəli Ağalarovu qarın və bud nahiyəsindən 2 dəfə bıçaqlayıb. H. Ağalarov xəstəxanaya yerləşdirilsə də təxminən 1 saat sonra orada keçinib.

Hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən “Dima” ləqəbli 1990-cı il təvəllüdlü Quliyev Kənan Əli oğlu tutulub və o, dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©