Qeydiyyat    Giriş
Giriş
» » Gəncədə məktəb yandı

Gəncədə məktəb yandı

Bölmə: Xəbərlər

Direktorun otağı da yanıb
Avqustun 7-də Gəncədəki 2 saylı orta məktəbdə yanğın baş verib. Bu barədə Lux.az-ın Gəncəbasar müxbirinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən məlumat verilib. Məlumata görə, direktor otağı da daxil olmaqla, 3 otaq, yəni 80 kv metr yararsız hala düşüb, oradakı əşyalar yanıb. Xəsarət alan yoxdur.

Alovun söndürülməsinə 3 yanğınsöndürmə maşını cəlb edilib.

Hadisənin səbəbləri araşdırılır.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©