Qeydiyyat    Giriş
Giriş
» » Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər

Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər

Bölmə: Xəbərlər
Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər
Sankt-Peterburq Azərbaycanlı istehsalçılar üçün "Həsən" bazarında pulsuz yerlər ayırmağa hazırdır.

Trend xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla görüşü zamanı Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko deyib.

G.Poltavçenko qeyd edib ki, Sankt-Peterburqla Azərbaycan arasında ticarət dövriyyəsi azalıb. 2016-cı ildə ticarət dövriyyəsi 69,5 milyon dollar təşkil edərək 2015-ci ilin göstəricisi ilə müqayisədə 24 faiz azalıb.

Bununla belə, Azərbaycandan idxal həcmi artıb. Sankt-Peterburq Azərbaycandan əsasən tərəvəz və bitki kökləri, meyvə və fındıq, eləcə də qara metallar alır.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©