Qeydiyyat    Giriş
Giriş
» » Əkizlərin "Dodge Drongo" ilə vurduğu kişinin vəziyyəti ağırdır: Kəllə sümüyü sınıb

Əkizlərin "Dodge Drongo" ilə vurduğu kişinin vəziyyəti ağırdır: Kəllə sümüyü sınıb

Bölmə: Xəbərlər
Bu gün səhər əkiz bacıların törətdikləri qəza nəticəsində yaralanan kişi "Semaşko” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanada olan Yeniçağ.az saytının əməkdaşlarının əldə etdiyi məlumata görə, zərərçəkənin adı Zöhrab Ağayevdir. O, bu gün səhər ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib. Zərərçəkənin nəvəsinin dediyinə görə,87 yaşlı babası hər gün səhərlər gəzməyə çıxırmış: "Xəbəri alan kimi xəstəxanaya gəldik. Bizi içəri buraxmırlar. Öyrəndik ki, saytlar onun qolunun azacıq əzildiyini yazıblar. Bu, ağ yalandır. Onun vəziyyəti ağırdır. Ağır olmasaydı, reanimasiyaya yerləşdirilməzdi. Babamı bacılardan biri ilə xəstəxanaya çatdıran taksi sürücüsünün dediyinə görə, onun qulağında qan varmış. Bu da o deməkdir ki, babam başından ağır zərbə alıb. Hazırda məsələ ilə polis məşğul olur. Biz də hələ ki, içəridən bir cavab gözləyirik. Çünki doğmalarını reanimasiyaya qalxmağa qoymurlar. Şikayət verib-verməməyimiz də babamın vəziyyətində asılıdır”. Zöhrab Ağayevin həkimi neyro-cərrah Nicat Məmmədov olduğunu öyrənən müxbirimiz böyük çətinliklə də olsa xəstənin vəziyyətini öyrənib  "Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyət çox kritikdir. Çünki burada yaş faktoru da var.  Müayinələr aparılır. Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”. Qeyd edək ki, hadisə ilə bağlı Xəzər TV və 103 FM-in musiqi departamentinin Kənan Bayramov da xəstəxanaya gəlib.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©