Qeydiyyat    Giriş
Giriş
» » Yadplanetlilərdən sığortalanma - İNANMIRSINIZ?

Yadplanetlilərdən sığortalanma - İNANMIRSINIZ?

Bölmə: Xəbərlər

Yadplanetlilərdən sığortalanma - İNANMIRSINIZ?

Dünyada sığorta sektoru ilə bağlı aparılan maraqlı nəticələr verib.

Araşdırmaya görə sığorta sənayesini uzun müddət gözləyən "gözlənilməz risklər” arasında " yadplanetli işğalı " da yer alıb.

"Towers Watson”-a daxil olan "Thinking Ahead Group” dünyanın aparıcı sığorta şirkətlərində sığorta sənayesini uzun müddət gözləyə biləcək "gözlənilməz riskləri” araşdırıb. Türkiyənin də yer aldığı siyahıda Amerikadan Rusiyaya qədər dünyanın bir çox ölkəsindəki 30 min sığortaçıya -" Sığorta sənayesini uzun zamanda gözləyən ən böyük gözlənilməz risk nədir? "- sualı ünvanlanıb.

Araşdırmaya görə, ən böyük təhlükə qlobal epidemiya riski hesab olunur. İkinci yerdə zəlzələ, sunami, vulkan püskürməsi kimi təbii fəlakət riskləri yer alıb. 3-cü sırada isə qida, su və enerji böhranı, 4-cü sırada şəxsi, iş və dövlət məlumatlarının kiber hücumlara məruz qalma riski gəlir. Sıralamada gözlənilməz sığorta riskləri arasında iqtisadi böhran, bank sektorunun çökməsi, infrastruktur problemləri, terrorizm və Avropa Birliyinin (AB) dağılması kimi maraqlı başlıqlar da yer alıb.

Araşdırmaya görə sığorta sənayesini uzun zaman gözləyən 57 ən gözlənilməz sığorta riski arasında "yadplanetli işğalı" da var.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©