Qeydiyyat    Giriş
Giriş
» » Türkiyədə “Survivor Azərbaycan” çəkilir

Türkiyədə “Survivor Azərbaycan” çəkilir

Bölmə: Xəbərlər
Türkiyənin məşhur telejurnalistlərindən olan Acun İlıcalının Dominikan Respublikasında hazırladığı “Survivor” yarışmasının bənzəri Türkiyədə Azərbaycan üçün çəkiləcək.
Lux.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, istehsalçı şirkət “Vizör İstanbul” “Azərbaycan Survivor”un çəkilişləri üçün Muğla vilayətinin İnbükü tətil bölgəsini seçib. Meşəlik ərazidəki 225 çadır və karvana malik düşərgə günü 600 dollardan icarəyə götürülüb. İcarə müddəti 22 iyun - 5 avqust tarixlərini əhatə edir. Bu müddət ərzində düşərgə kənar ziyarətçilər üçün bağlı olacaq. 
Qeyd edək ki, Acun Ilıcalının hazırladığı “Survivor: ünlülər-könüllülər” yarışmasının finalı iyunun 26-da olub. Bu dəfə müsabiqənin qalibi aktyor Nihad Alptuğ olub. O, məşhur “Yaprak dökümü” serialında “Levent” obrazı ilə tanınıb.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©