Qeydiyyat    Giriş
Giriş
» » İnternet şokdadır: 4 yaşlı keşiş!

İnternet şokdadır: 4 yaşlı keşiş!

Bölmə: Xəbərlər

"Onun danışıqlarının kor-koranə olduğunu düşünmürəm".
Lux.Az xəbər portalı "The Sun"a istinadən bildirir ki, o, indi dünyanın ən populyar keşişlərindən birinə çevrilib. "Əlliçilər təriqəti"nin mənsubları olan ailədə doğulmuş 4 yaşlı oğlan İnternetdə də sürətlə məşhurlaşıb.

Ekspertlərin dediklərinə görə, dünyanın ən gənc keşişi sayıla biləcək Kenon Tipton vunderkind və paradoksdur.
Atası və babası keşiş olan Kenon kilsədə olanda özünü əla hiss etdiyini deyib.
DeymonKəndi Tiptonlar isə oğullarının istəyinin təbii olduğunu söyləyirlər.

"Kenon balacadır və mən də bilirəm ki, bu yaşda keşişlik olmur. Amma Tanrı şahidimdir ki, mən Kenonu xüsusi olaraq təlimləndirmirəm. Belə vəziyyətdə yalnız bir şey ağlıma gəlir: onu danışdıran İsa Məsihdir!" - ata Deymon Tipton deyib.

Ana Kəndi Tiptonun dediyinə görə, oğlu kilsənin kafedrasında olanda sanki özünü unudur və danışmağa başlayır: "Təbii, oğlum atasını təqlid etməyə çalışır. Di gəl, onun danışıqlarının kor-koranə olduğunu düşünmürəm".


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©