Qeydiyyat    Giriş
Giriş
» » Qiyamət gününü proqnozlaşdıran keşişin dili tutuldu

Qiyamət gününü proqnozlaşdıran keşişin dili tutuldu

Bölmə: Xəbərlər

Mayın 21-də dünyanın sonunun çatacağını proqnozlaşdırmaqla bir anda dünyada məşhurlaşmış amerikalı keşiş Harold Kempinq insult keçirib.
Lux.Az xəbər portalının «The Daily Mail»ə istinadən verdiyi məlumata görə, nəticədə 89 yaşlı keşiş danışıq qabiliyyətini itirib.

Xəstəxanaya yerləşdirilmiş Kempinqin nitqinin bərpa olunmaması riski var.

Xatırladaq ki, o, bu il mayın 21-də «qiyamət günü» olacağını proqnozlaşdırmışdı. Sonradan proqnozu doğrulmayan keşiş dünyanın sonunun oktyabrın 21-də çatacağını iddia edir.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©