Qeydiyyat    Giriş
Giriş

Qiyamətə 1 gün qaldı?

Bölmə: Xəbərlər

Amerikalı moizəçi mayın 21-i Qiyamətin başlayacağını iddia edir
Amerikalı moizəçi, kaliforniyalı Harold Kempinqin dünyanın sonu elan etdiyi tarixə 1 gün qalıb. Onun sabah mayın 21-i saat 18:00-da dünyanın sonu olacağı barədə proqnozları dünyanın diqqətini cəlb edib. Moizəçinin və tərəfdarlarının inanclarına görə, dünya mayın 21-ni zəlzələ ilə açacaq. 153 gün boyunca dünyada müxtəlif fəlakətlər olacaq. 21 oktyabrda isə həyat tamamilə yox olacaq.

Onun sözlərinə görə, bu tarixdə əhalinin ancaq 2 faizi səmaya (cənnətə) qalxacaq, digərləri isə əks istiqamətdə gedəcəklər.

Qeyd edək ki, onların bu inancları artıq reklam lövhələrində də özünü göstərməyə başlayıb. Belə ki, ABŞ-dan sonra indi də Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Moskvada "21 mayda tanrı yer üzünə gələcək. "İncil"də belə yazılıb" yazılmış afişalar asılıb.

Kempinq dedikləri baş verməsə, geri çəkiləcəyini və "İncil"i daha yaxşı araşdırmağa başlayacağını bildirib.

Xatırladaq ki, H.Kempinq belə fikirlərlə ilk dəfə çıxış etmir. Belə ki, 1994-cü il senytabrın 6-da onun yüzlərlə dinəyicisi İsa peyğəmbərin (Ə.S.) gəlişini gözləyirdi. Keçmiş mühəndis bu iddialarının doğru çıxmamasını o vaxt "İncil"i dəqiq öyrənməməsi ilə izah edib, indi isə Allahın ona sübut verdiyini deyib.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
ŞƏRHLƏR (1)
İstfidəçi offline-dır elsewer 20 may 2011 17:07
kas o deyen kimi ola
          1
>
©