Qeydiyyat    Giriş
Giriş
» » 21 mart Beynəlxalq Novruz günüdür

21 mart Beynəlxalq Novruz günüdür

Bölmə: Xəbərlər

BMT-nin Baş Məclisində Novruz bayramı şənliyi təskil ediləcək

Martın 21-də gecə saat 3.21-dən etibarən Azərbaycana bahar gəlib. Bu barədə Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, həmin dəqiqədən Azərbaycanda gecə ilə gündüz bərabərləsib. 
2009-cu il sentyabrın 30-da Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.  23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz günü" elan olunub.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təsəbbüsü ilə UNESCO-nun qeyri–maddi mədəni irs siyahısına daxil edilən, bəsəriyyətin ortaq mirası olan Novruz bayramı bu il ABŞ-da da geniş qeyd olunacaq. Martın 24-də TÜRKSOY-un təskilatçılığı ilə Nyu-Yorkda, BMT-nin Baş Məclisində Novruz bayramı şənliyi təskil ediləcək. ABŞ Azərbaycanlıları Şəbəkəsi və ABŞ Türkləri Şəbəkəsinin dəstəyi ilə keçiriləcək tədbirdə TÜRKSOY-a üzv ölkələrin BMT-dəki daimi nümayəndəliklərinin təmsilçiləri iştirak edəcək 
Vaşinqton və Bostonda da Novruz bayramı ilə bağlı tədbirlər keçiriləcək. Vaşinqtondakı Corctaun və Bostondakı Harvard universitetlərində Novruz mövzusunda konfranslar təskil olunacaq.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©