Qeydiyyat    Giriş
Giriş
» » Zirəddin Rzayev: “2011-2012-ci illərdə Yer ürək kimi çırpınacaq”

Zirəddin Rzayev: “2011-2012-ci illərdə Yer ürək kimi çırpınacaq”

Bölmə: Xəbərlər

Məşhur ekstrasens proqnozlar verdi: “Elə bil ki, iki fil göydən xortumunu sallayacaq”.
Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev qarşıdan gələn illər ərzində Azərbaycanda və dünyada baş verəcək təbiət hadisələri ilə bağlı ANS PRESS-ə açıqlamasında proqnoz verib. Esktrasensin sözlərinə görə, 2011-2012-ci illərdə Cənubi Amerikada kəskin təbii dəyişikliklər baş verəcək.

“Təbiət öz şıltaqlıqları ilə insanları qorxudacaq. Yer ürək kimi çırpınacaq. 2011-2012-ci illərdə Argentina, Çili, Kolumbiya, Venesuela və Braziliya təbii fəlakətlərdən sığortalanmayıb. Şimali Amerikanın cənubunda qasırğa hökmranlıq edəcək. Elə bil, iki fil göydən xortumunu sallayacaq”, deyə Zirəddin Rzayev bildirib.

“Həmçinin Şimali Amerikanın cənubunda qırmızı işıq görürəm. Hətta bu görüntüləri özüm də izah edə bilmirəm. Fransada, Monqolustanda, Pakistanda, Türkiyədə ümumi sakitliyin, ictimai asayişin pozulduğunu görürəm. Yerli hakimiyyət narahatlıq içərisində yaşayacaq. Yaponiyada zəlzələlər görürəm. Xüsusilə şərq hissəsində. 2012-ci ildə ABŞ və Türkiyə terrorçuluqla mübarizəni gücləndirməli və çox ehtiyatlı olmalıdırlar. Çox ehtimal var ki, 2012-ci ildə Hindistanda təyyarə qəzası olacaq. Bu il Sakit Okean sakitləşməyəcək. Okeanın cənubunda tufan və daşqınlar gözlənilir. ABŞ-da tanınmış siyasi xadimin səhhətində problem yaşanacaq. O, həyatla ölüm arasında qalacaq”, - deyə ekstrasens əlavə edib.

Onun sözlərinə görə, ABŞ-da iki dəfə naməlum uçan obyekt görünəcək, Rusiyada isə hərbi sahədə böyük irəliləyiş olacaq: “2012-ci ili Rusiya üçün hərbçilər ili kimi görürəm. Həmçinin İranda da gələn il ictimai sakitlik pozulacaq. İranın paytaxtında partlayış görürəm”.

Bütün bunlarla yanaşı, Zirəddin bu illər ərzində Azərbaycan üçün elə böyük uğursuzluq proqnozlaşdırmır. “Sadəcə olaraq, ilin ortalarında təbiət hadisələrinə bir az diqqət yetirmək lazımdır. Ümumiyyətlə, Azərbaycan üçün nə siyasi, nə də digər amillərlə bağlı ciddi problemlər gözlənilmir”, - deyə Z. Rzayev vurğulayıb.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
ŞƏRHLƏR (5)
İstfidəçi offline-dır PATRIOTKA 15 mart 2011 12:04
TANRI BIZI FELAKETLERDEN QORUSUN
          1
İstfidəçi offline-dır leman... 15 mart 2011 12:19
eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee eh
zireddindide daniwir.fikir vermiyun. tongue
          2
İstfidəçi offline-dır Adminstrator 15 mart 2011 12:23
Sitat: leman...
zireddindide daniwir.fikir vermiyun


dьz deyirsiz xanım qız
          3
İstfidəçi offline-dır Dagestanka18 15 mart 2011 12:32
off shukurler olsun Azerbaycani elede boyuk felaketler gozlemir ...ama yenede her shey Allahin elindedir...Allah qorusun bizi ...
--------------------
          4
İstfidəçi offline-dır NaNNi 31 mart 2011 17:33
tongue
          5
>
©