Qeydiyyat    Giriş
Giriş
» » Azərbaycanın “Eurovision-2011” mahnısı martın 13-də məlum olacaq

Azərbaycanın “Eurovision-2011” mahnısı martın 13-də məlum olacaq

Bölmə: Xəbərlər

Hazırda mütəxəssislər 10-a yaxın mahnı arasından seçimlərini davam etdirirlər.
Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camalın ifa edəcəkləri mahnının adı bu günlərdə açıqlanacaq. İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) AzərTAc-a bildiriblər ki, artıq mahnılar arasında seçim başa çatmaq üzrədir. Ötən illərdə olduğu kimi, bu il üçün də Azərbaycanın “Eurovision-2011”-də ifa olunacaq mahnısının seçimində milli münsiflərlə yanaşı, xarici ekspertlərin də rəyi nəzərə alınacaq. Təmsilçilərimizin ifa edəcəkləri mahnının martın 13-dək seçiləcəyi nəzərdə tutulub. Son mərhələdə mütəxəssislər 10-a yaxın mahnı arasından seçimlərini davam etdirirlər.

Azərbaycan təmsilçilərinin bu müsabiqədə ifa etməsi üçün yerli bəstəkarlarla yanaşı, dünyanın bir sıra ölkələrindən müəlliflər əsərlərini İTV-yə göndəriblər. Mütəxəssislərə “Eurovision-2011” müsabiqəsində Azərbaycan adından səslənməsi üçün təqribən 60-dan artıq mahnı təqdim olunub.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
ŞƏRHLƏR (1)
İstfidəçi offline-dır leman... 11 mart 2011 13:17
yaxwi olacaq fellow
          1
>
©