Qeydiyyat    Giriş
Giriş
» » ABŞ-dakı Azərbaycanlılar Barak Obamaya məktub göndərib

ABŞ-dakı Azərbaycanlılar Barak Obamaya məktub göndərib

Bölmə: Xəbərlər

Məktubda Novruz bayramının təkcə ABŞ-ın İran və Fars-Amerika cəmiyyətinə aid olmadığı qeyd olunur

Amerikadakı Azərbaycan və Türk diasporaları prezident Barak Obamaya məktub göndərib. Ağ Ev rəhbərinə yüzlərlə məktub göndərərək yeni kampaniyaya start verən diaspor üzvləri Barak Obamadan ənənəvi Novruz təbrikində Türk xalqlarının adının da qeyd olunmasını xahiş edirlər. Məktubda deyilir: “Qafqazdan tutmuş Mərkəzi Asiyaya qədər yaşayan bütün Türklər yazın gəlişini tərənnüm edən və minilliklərin sınağından keçmiş bu gözəl bayramı - Novruzu qeyd edir. Adətən Novruz 21 mart tarixinə - gecə və gündüzün bərabərləşdiyi günə təsadüf edir. Novruz Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın rəsmi bayramıdır. Digər türk millətləri- uyğurlar, yakutlar, qaraqalpaqlar, Volqa, yaxud başqa adla Qazan tatarları, başqırdlar və Krım tatarları da həmçinin yaz bayramını qeyd edirlər. Lakin hansısa səbəblərdən Azərbaycan, Türkiyə və digər türk xalqları 2006-2010-cu illərdə ABŞ prezidentinin Novruz təbrikindən kənarda qalıb. Bu qədim bayram, sadəcə, İran və Fars-Amerika cəmiyyətinə aid edilirdi. Biz Barak Obamanı Novruz təbrikində Azərbaycan və Türkiyəni də qeyd etməyə səsləyirik. Qoy, bu qədim, sülhpərvər ənənə bütün insanları yaxınlaşdırsın, sivilizasiyalar arasındakı dialoqu genişləndirsin, qarşılıqlı anlaşma və mədəni müxtəlifliyi inkişaf etdirsin”.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©