Qeydiyyat    Giriş
Giriş
» » Bakıda 15 yaşlı qızı zorlayan daha bir şəxsin adı bilindi

Bakıda 15 yaşlı qızı zorlayan daha bir şəxsin adı bilindi

Bölmə: Xəbərlər
alt
Bakıda fevralın 8-dən 19-dək 15 yaşlı qızı zorlayan şəxslərdən daha biri müəyyən olunub.
Xətai rayon Polis İdarəsinin müstəntiqi Vüsal Şahbazovun Lux.az-a verdiyi məlumata görə, təcavüzə məruz qalmış S.R. sonrakı ifadəsində daha bir şəxsin onu zorladığını bildirib. O, həmin şəxsin adının Zaur olduğunu və onun sifətini yaxşı xatırlamadığını bildirib.

“Hazırda həmin şəxsin kimliyinin daha dəqiq müəyyənləşdirilməsi və onun saxlanılması üzərində iş aparılır. Hələlik fotorobota ehtiyac olmadığından onu hazırlamamışıq”.

Müstəntiq həmçinin qeyd edib ki, S.R yalnız 3 nəfərdən şikayət edib ki, onlardan da ikisi 1980-ci ildə anadan olmuş Teymurov Babamir Etibar oğlu və 1990-cı ildə anadan olmuş Rəsulov Sadiq Rasim oğlu artıq tutulub. Zaur adlı şəxsin tutulması istiqamətində isə iş aparılır.

V.Şahbazov onu da bildirdi ki, təcavüzə məruz qalmış yeniyetmə öz evlərində təhlükəsiz şəraitdədir: “S.R əvvəlki kimi öz evlərindədir. Yaxınlarına tapşırmışıq ki, onu çölə-bayıra buraxmasınlar”.

Qeyd edək ki, Bakıda 15 yaşlı qızın zorlanması ilə bağlı ilk olaraq Lent.az fevralın 23-ə məlumat yayıb. Belə ki, S.R.-nın qardaşı bacısının fevralın 8-dən 19-dək harada olmasını araşdırıb və onun bu müddət ərzində naməlum şəxslər tərəfindən zorlandığını üzə çıxarıb. O, dərhal Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə müraciət edib və iş aidiyyatı üzrə rayon Prokurorluğuna göndərilib.

Baş Prokurorluğun məsələ ilə bağlı Lent.az-a verdiyi açıqlamada isə bildirilir ki, Bakı şəhər sakini, 17 iyun 1995-ci il tarixdə anadan olmuş, S.R. naməlum şəxslər tərəfindən zorlanması barədə 22 fevral 2011-ci il tarixdə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə müraciət edib.

Dərhal S.R.-nın ərizəsi üzrə toplanmış materiallar fevralın 23-də aidiyyəti üzrə araşdırılması üçün Xətai rayon prokurorluğuna göndərilib. Rayon Prokurorluğu tərəfindən ilkin araşdırma zamanı N.Əmiraslanovanın fevralın 8-dən 19-dək tanımadığı taksi sürücüsünün idarə etdiyi avtomaşınla Mehdiabad qəsəbəsi, Xətai rayonunun UPD qəsəbəsi və digər ünvanlarda ona məlum olmayan evlərə aparılaraq orada həmin taksi sürücüsü və digər naməlum şəxslər tərəfindən fiziki zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilməsi müəyyənləşib.

S.R-nın cinsi və sair fiziki zorakılığa məruz qalmasının müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və ekspertizanın ilkin rəyində həmin şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilməsi təsdiqlənib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə istintaqın davam etdirilməsi Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1980-ci ildə anadan olmuş Teymurov Babamir Etibar oğlu və 1990-cı ildə anadan olmuş Rəsulov Sadiq Rasim oğlu tutulub, həmçinin cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©