Qeydiyyat    Giriş
Giriş
» » Azərbaycanda Novruz bayramı ilə əlaqədar səkkiz gün qeyri-iş günü olacaq.

Azərbaycanda Novruz bayramı ilə əlaqədar səkkiz gün qeyri-iş günü olacaq.

Bölmə: Xəbərlər

Azərbaycanda Novruz bayramı ilə əlaqədar səkkiz gün qeyri-iş günü olacaq.
Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Trend-ə bildirib ki, hökumətin qəbul etdiyi qərara görə, martın 20-dən 24-dək rəsmi bayram günləridir. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir. Martın 20-si bazar gününə düşdüyündən, martın 25-i qeyri-iş günü hesab olunur.

Təqvimə əsasən, martın 26-sı şənbə, 27-i isə bazar günləridir.

Beşgünlük iş həftəsi olanlar 8 gün (19-27 mart) işləməyəcək.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə istirahət günlərində dəyişiklik edilməyib. Martın 8-i qeyri-iş günüdür.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©