Qeydiyyat    Giriş
Giriş
» » Eurovision Milli Finalında bir sıra əcnəbi mügənnilər də iştirak edəcək

Eurovision Milli Finalında bir sıra əcnəbi mügənnilər də iştirak edəcək

Bölmə: Xəbərlər
 

Finala son hazırlıqlar gedir

“Eurovision-2011” Mahnı Müsabiqəsində  Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 11-də milli final konserti keçiriləcək. “Eurovision” Mahnı Müsabiqəsinin milli təşkilatçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkətində hazırda final mərhələsinə son hazırlıqlar gedir. Final mərhələsində 5 ifaçı Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq. Azərbaycan Akademik Milli Dram Teatrında keçiriləcək konsert 21.00-da başlayacaq.Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, Eurovision ulduzlarının da çıxışları nəzərdə tutulur. Bu dəfəki şouda seyirçilərə Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində 2010-cu ildəki təmsilçisi Safuranın, Gürcüstan təmsilçisi Sofia Nijaradzenin, San Marinonun “Eurovision-2011”-dəki  təmsilçisi Senitin, İsveşrənin “Eurovision-2011”-dəki nümayəndəsi Anna Rossinellinin, dünyada tanınmış DJ Devit Vendettanın və digər qonaqların ifaları təqdim olunacaq. 
Final konserti İctimai Televiziya ilə yanaşı Eurovision TV, Gürcüstanın İctimai Telviziyası və TRT vasitəsilə canlı yayımlanacaq.
Proqramı   www.esca.in , www.itv.az  və www.eurovision.tv internet səhifələrində canlı izləmək mümkün olacaq.  
Konsertin sonunda isə münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən ediləcək.
Final konsertində iştirak dəvətnamə əsasında olacaq.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©