Qeydiyyat    Giriş
Giriş
» » Axundun evindən silah-sursat tapıldı

Axundun evindən silah-sursat tapıldı

Bölmə: Xəbərlər

20 qumbara, "Kalaşnikov" avtomatı, tapança, trotil şaşkaları axundun nəyinə lazım idi?
Ötən gün Masallı rayon polis şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında Xıl kənd sakini, 56 yaşlı Fəramiz Zeynal oğlu Abbasovun evində axtarış keçirib.

Masallı RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Əlifağa Kazımovun 
verdiyi məlumata görə, Fəramiz Abbasovun ev və həyətyanı sahəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı həyətdə 2 bağlama aşkarlanıb. Bağlamaların birində 20 ədəd F1 əl qumabarası, həmin qumbaralar üçün nəzərədə tutulan 20 ədəd alışqan, 7 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq trotil şaşkası aşkarlanıb. Digər bağlamada isə 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silah üçün ümumilkdə içərisində 70 patron olan 3 ədəd sandıqça və bir ədəd “Naqan” tipli tapança aşkar edilərək götürülüb.

“Həyətə daxil olan zaman Abbasovun həyat yoldaşı əlində 1 ədəd sumka və qara polietilen salafana bükülmüş predmeti həyətdən kənara aparmaq istəyərkən tərəfimizdən aşkar olunub. Və müvafiq sənədləşdirmə aparılıb. Araşdırmanın nəticələrindən asılı olaraq, əgər həmin cinayət əməlinin digər iştirakçıları da aşkar olunarsa, tərəfimizdən onlar haqqında da qanunamüvafiq tədbirlər həyata keçiriləcək”, - deyə rəis müavini bildirib.

Fəramiz Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində Masallı rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə” (228.1) maddəsi ilə cinayət işi açılıb.

Polis şöbəsindən bildirilib ki, aşkarlanan silah-sursatdan hər-hansı bir cinayətdə istifadə olunub-olunmadığı öyrənilmək üçün Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndəriləcək.

Məlumata görə, Fəramiz Abbasov Masallı rayon Xıl kəndinin axundudur.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©