Qeydiyyat    Giriş
Giriş
» » “Eurovision” təmsilçimizin ifası üçün elan olunan müsabiqəyə 1 mahnı təqdim edilib

“Eurovision” təmsilçimizin ifası üçün elan olunan müsabiqəyə 1 mahnı təqdim edilib

Bölmə: Xəbərlər

“Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa etməsi üçün elan olunan müsabiqəyə mahnıların qəbulu bir ay müddətində davam edəcək.
Lux.az-ın “itv.az” saytına istinadən verdiyi məlumata görə, artıq müsabiqəyə 1 mahnı təqdim olunub. Peşəkar münsiflərin qərarı ilə seçiləcək ən yaxşı mahnı İctimai Televiziya və Radio Yayımları şirkəti tərəfindən xüsusi mükafata layiq görüləcək. Müsabiqənin şərtlərinə görə, mahnı müəlliflərinin milliyyətinə heç bir qadağa qoyulmayıb. Əsas odur ki, “Eurovision” standartlarına uyğun, Azərbaycanı təmsil etməyə layiqli olsun. Mahnılar not yazısı şəkilində, eyni zamanda aranjeman olunmuş variantda da təqdim edilə bilər. Təqdim olunacaq mahnılarda milli elementlərin olması isə vacib şərtlərdən deyil. Mahnıların seçimi bilavasitə münsiflərin öhdəsinə buraxılacaq. Müsabiqənin şərtlərinə uyğun olaraq, təqdim edilən mahnı heç vaxt səsləndirilməməli və 3 dəqiqədən çox olmamalıdır.

Xatırladaq ki, müsabiqə üçün musiqi yazan bəstəkarlar mahnılarını İctimai Televiziya və Radio Yayımları Şirkətinə ərizə formasında və ya info@itv.az elektron ünvanına göndərə bilərlər.

Xatırladaq ki, Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli yarımfinal mərhələsində 9 iştirakçı mübarizəni davam etdirir. Həftənin finalında isə tamaşaçıların və peşəkar münsiflərin ayrı-ayrılıqda 50 faiz səsverməsi ilə 9 nəfərdən 5-i finala vəsiqə qazanacaq. Azərbaycanı bu mahnı müsabiqəsində təmsil edəcək şəxs beş nəfər arasından münsiflərin səsverməsi ilə seçiləcək.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©