Qeydiyyat    Giriş
Giriş
» » «Eurovision-2011» üçün mahnıların qəbuluna başlanıb

«Eurovision-2011» üçün mahnıların qəbuluna başlanıb

Bölmə: Xəbərlər

Qəbul 1 ay müddətində aparılacaq

Lux.az xəbər verir ki, müsabiqədə Azərbaycan təmsilçisinin ifa etməsi üçün mahnıların qəbuluna başlanılıb. Peşəkar münsiflərin qərarı ilə seçiləcək ən yaxşı mahnı İctimai Televiziya və Radio Yayımları şirkəti tərəfindən xüsusi mükafata layiq görüləcək. Artıq 1 mahnının təqdim olunub.
Xatırladaq ki, Azərbaycanın «Eurovision-2011» mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli yarımfinal mərhələsində 9 iştirakçı mübarizəni  davam etdirir. Həftənin finalında isə tamaşaçıların və peşəkar münsiflərin ayrı-ayrılıqda 50 faiz səsverməsi ilə 9 nəfərdən 5-i finala vəsiqə qazanacaq. Azərbaycanı bu mahnı müsabiqəsində təmsil edəcək şəxs beş nəfər arasından münsiflərin səsverməsi ilə seçiləcək.
Beynəlxalq arenada ifa olunacaq mahnıya gəlincə isə, mahnı müəlliflərinin milliyyətinə heç bir qadağa qoyulmayıb. Əsas odur ki, Evrovision standartlarına uyğun, Azərbaycanı təmsil etməyə layiqli olsun.
Mahnılar not yazısı şəkilində, eyni zamanda aranjıman olunmuş variantda da təqdim edilə bilər. Təqdim olunacaq mahnılarda milli elementlərin olması isə vacib şərtlərdən deyil. Mahnıların seçimi bilavasitə münsiflərin öhdəsinə buraxılacaq
Qeyd edək ki, mahnıların qəbulu bir ay davam edəcək. Müsabiqənin şərtlərinə uyğun olaraq, təqdim edilən mahnı heç vaxt səsləndirilməməli  və  3 dəqiqədən çox olmamalıdır.
Xatırladaq ki, müsabiqə üçün musiqi yazan bəstəkarlar mahnılarını İctimai Televiziya və Radio Yayımları Şirkətinə ərizə formasında və ya info@itv.az elektron ünvanına göndərə bilərlər.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©