Qeydiyyat    Giriş
Giriş
» » Musiqi ictimaiyyətinin nəzərinə

Musiqi ictimaiyyətinin nəzərinə

Bölmə: Xəbərlər

Eurovisionda Azərbaycan təmsilçisi üçün mahnı müsabiqəsi elan olunur

Lux.az xəbər verir ki, 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Eurovision-2011 Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi üçün mahnı müsabiqəsinə start verilib. Ölkəsindən asıllı olmayaraq bu müsabiqədə iştirak etmək istəyən bəstəkarlar Eurovision formatına uyğun olan mahnılarını Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərə bilərlər. 
Ünvanımız belədir: Azərbaycan Respublikası, Bakı şəhəri, A. Şərifzadə küç 241. Telefon: +994 12 430 22 64 (1-14), e-mail: info@itv.az 
Xatırladaq ki, İctimai Teleradionun təşkilatçılığı ilə "Eurovision-2011"-də iştirak etmək istəyən təmsilçini müəyyənləşdirmək məqsədilə Milli Seçim Turu artıq Final mərhələsinə qədəm qoyub. Final mərhələsinə Milli Seçim Turlarından gələn 9 iştirakçı qatılıb. Finalın birinci mərhələsində həmin 9 nəfərdən 5-i, ikinci mərhələsində isə 5 nəfərdən 1-i ölkəmizi dünyanın nüfuzlu mahnı müsabiqəsində təmsil etməyə vəsiqə qazanacaq.
Uğur olsun. 


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©