Qeydiyyat    Giriş
Giriş
» » Onların ayaqları, bizimkilərin... - SORĞU , FOTOLAR

Onların ayaqları, bizimkilərin... - SORĞU , FOTOLAR

Bölmə: Foto / Xəbərlər

Sənətçilərimiz hansı bədən üzvlərini sığorta etdirərlər? 

Ayaqları, sinəni, üzü, hətta gülüşü sığortalamaq. Heç də təəcüblü deyil. İnsanların bədən üzvlərinin sığortalanması sığorta məhsullarından biridir. Ən çox da bunu dünya şöhrətli ulduzlar etdirir. Bədən əzalarının sığortalanması növü üzrə ən bahalı sığorta müğənni Meray Keriyə aiddir. O, ayaqlarını bir milyard dollar məbləğində sığortalatmaqla dünyanın ən bahalı sığortasını həyata keçirib. Müğənni Tina Törner də ayaqlarını 3 milyon 200 min dollara sığortalayıb. Onun sinəsinin qiyməti isə 780 min dollardır. Almaniyalı top-model Haydi Klumun ayaqlarını 2 milyon 200 min dollara sığorta etdirib. Onun bir ayağının dəyəri o biri ayağından bahadır. Səbəbi isə bir ayağında çapığın olmasıdır. Tanınmış müğənni Rihanna da ayaqlarını 1 milyon dollara sığortalayıb. Müğənni Cenifer Lopesin isə yanını sığortalayıb - 300 min dollara. Müğənni Dolli Partonun sinəsi isə 600 min dollara sığortalanıb.

Məhşur idmançılar arasında da bu sığorta növündən istifadə halları var. Bu sahədə ən bahalı sığortanı futbolçu Devid Bekhem etdirib. Bu oyunçunun ayaqlarının dəyəri 70 milyon dollardır.  
 
Gülüşün sığortlalanması faktı isə kino aktrisası Amerika Ferrera məxsusdur. Onun gülüşünün sığorta qiyməti 10 milyon dollar dəyərindədir. 
 
Azərbaycanda isə ilk dəfə olaraq ölkəmizi "Eurovision-2011” musiqi yarışmasında təmsil edən Nigar Camalın üzü sığorta etdirilib. Bir sığorta şirkəti tərəfindən Nigar Camalın üzü 1,5 milyon manat məbləğində sığortalanıb. Həmin vaxt risklərin 50 faizdən çox hissəsi Almaniyanın "Hannover Life Re” təkrar sığorta şirkətinə ötürülüb.
 
Mövzu ilə əlaqədar Ailem.az-ın müraciət etdiyi bəzi sığorta şirkətlərinin mütəxəssisləri ilə söhbət zamanı məlum oldu ki, Azərbaycanda bu sığorta növü tətbiq edilmir. Mütəxəssislərin dediyinə görə, hər bir məhsulun bazara çıxarılması üçün xərclər lazımdır. Azərbaycanda bədən əzalarının sığortalanmasına tələb olmadığı halda isə bu xərclərin çəkilməsinə dəyməz. Lakin bəzi sığorta şirkətlərindən bildirildi ki, kütləvi şəkildə müraciət olarsa, bu sığorta növünün tətbiqinə başlaya bilərlər. 
 
Xarici ölkələrdə bu sığorta növündən daha çox müğənni və aktyorların istifadə etdiyini nəzərə alaraq Ailem.az Azərbaycanın şou-biznes əhlinə də müraciət edib. Belə bir imkan yaransa, onlar hansı bədən üzvlərini və sahib olduqları nələri sığorta etdirərlər?

Əməkdar artist Gülyanaq Məmmədovanın əlinə belə bir fürsət düşsə, səs tellərini sığorta etdirə bilər: "Hər bir insanın can sağlığı və onun qorunması çox vacidbir. Əslində, insanın bütövlükdə yaşamı sığorta etdirilməlidir. Bu, həyat sığortasıdır. Çünki insan başına gələcəklərdən xəbərsizdir. Hər an hər şey ola bilər. Bir müğənni olaraq mən daha çox səs tellərimi sığorta etdirmək istəyərdim. Ona görə ki, səsimə bir zərər toxunsa, müğənniikdən uzaq düşə bilərəm. Bu da gələcək həyatımı risk altında qoya bilər”.
 
Əməkdar artist Nüşabə Ələsgərli də səsinin sığortalanmasına üstünlük verir: "Bədən üzvlərimin sığortalanmasına ehtiyac yoxdur. Amma səsimi sığorta etdirərdim”.

Əməkdar artist Elza Seyidcahanın cavabı fərqli oldu: "Mən Elzalığımı sığorta etdirərdim. Xasiyyətmi, xarakterimi sığortalayardım ki, Elzalıqdan çıxmasın. Nə qədər dəyişməyə can atsalar da, bunu bacarmasınlar. Əsirlərdən əsirlərə mən elə Elza kimi keçim. Gözəllik boş şeydir, insan yaxşı əməlləri ilə yaddaşlarda qalır”.   

Əməkdar artist Ədalət Şükürov insanın bütün bədən üzvlərinin sığortalanmasının tərəfdarıdır. Onun fikrincə, imkan olan tədqirdə özünə hörmət edən və dəyər verən hər bir insan həyatını sığortalatdıra bilər: "Allah bu bədəni bizə əmanət verib və deyib ki, onu qoru. Ona xətər yetirmə, pis vərdişlərlə zədələmə, onu incitmə. Niyə də olmasın?! Xarici ölkələrdə bu sığorta tətbiq olunur və buna çox müsbət qiymət verirəm”.
 
Xalq artisti Səməd Səmədov isə ümumiyyətlə, bu sığorta növünü qəbul etmir: "Hər şey Allahın qismətidir. Nə yazılıbsa, o da olacaq”.

Müğənni Roza Zərgərli belə bir imkan düşsə, bəzi bədən üzvlərini, ən əsası da ağlını  sığorta etdirərdi: "Ürək, qara ciyər, böyrəklər və gözlərimi sığorta etdirərdim. Amma insan üçün ən vacib şey ağıldır. Ağlını itirən adamın gözləri heç nəyi görüb seçə bilmir. Ona görə də ağlın sığortalanması da vacidbir. Mən bu sığorta növündən istifadə edərdim”.
 
Müğənni Leyla Ramazanlı da ağlinı sığorta etdirməyi seçərdi: "Əgər mümkün olsa, ağlımı sığorta etdirərdim. Allah heç kəsin ağlını başından almasın. Əsas budur”.

Rəqqasə Aytən isə daha çox rəqsinə dəyər verir. O bildirib ki, bədən üzvlərini deyil, rəqsini sığortalatdıra bilər.

Onların ayaqları, bizimkilərin... - SORĞU , FOTOLAR


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©