Qeydiyyat    Giriş
Giriş
» » Bakı sakinləri 16 mərtəbəli “Hilton”larda yaşayacaq - FOTO

Bakı sakinləri 16 mərtəbəli “Hilton”larda yaşayacaq - FOTO

Bölmə: Foto / Xəbərlər

Bakı sakinləri 16 mərtəbəli "Hilton”larda yaşayacaq - FOTO

Bakıda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail rayonda bəzi binaların simasının tamamilə dəyişdirilməsi də nəzərdə tutulub. Lux.az-ın məlumatına görə, "Hökumət evi”nin arxa hissəsində, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən 16 mərtəbəli yaşayış binalarının da təmir olunaraq üzlənməsi və binalara yeni, müasir görkəm verilməsi işlərinə artıq başlanılıb. Binaların təmiri və üzlənməsi zamanı yaxınlıqdakı "Hilton” otelinin dizaynı əsas götürülüb və 16 mərtəbəli binalar bu otelə bənzəyəcək.

Qeyd edək ki, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanındakı 16 mərtəbəli binalar artıq 30 ilə yaxındır ki, tikilib. Bu binalardakı mənzillər sovet illərində Azərbaycanın ictimai-siyasi, elmi həyatında fərqlənən insanlara paylanılıb.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©