Qeydiyyat    Giriş
Giriş
» » Bakıda qadın avtobus sürücüsünə hücum çəkdi: "Vur öldür" - VİDEO

Bakıda qadın avtobus sürücüsünə hücum çəkdi: "Vur öldür" - VİDEO

Bölmə: Video / Xəbərlər

Bakıda qadın avtobus sürücüsünə hücum çəkdi: "Vur öldür" - VİDEO

Bakıda qadın sürücü avtomobilinin sərnişin avtobusu tərəfindən əzilməsinə dava ilə cavab verib
Bu gün səhər saatlarında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində "Hyundai” markalı maşın 81 saylı marşrutla hərəkət edən "Daewoo” avtobusu tərəfindən əzilib. 

Qəzadan əvvəl avtobus dayanacaqda dayanıbmış. Həmin avtobusun qarşısında saxlayan "Hyundai”ın içərisindəki qadın qəflətən arxa qapını açıb. Bu zaman hərəkətə gələn avtobus maşının qapısını əzib.

Maşından düşən qadın sürücü qışqıraraq qəzada avtobusun sürücüsünü günahlandırıb. Qadın "vur öldür bizi" deyərək sürücünün üstünə qışqırıb. Tərəflər arasında mübahisə uzun müddət davam etdiyindən sərnişinlər avtobusu tərk etməli olublar. 

Qəzanın kimin günahından baş verməsini həll edə bilməyən sürücülər yol polisinə müraciət ediblər. Qəzanın səbəbi də məhz polisin araşdırmasından sonra məlum olacaq. 

Hadisə baş verən zaman avtobusda olan Milli.Az əməkdaşı dava anınını videoya çəkib. 
milli.az

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©