Qeydiyyat    Giriş
Giriş
» » “iPhone 8” gəlir: qiyməti açıqlandı

“iPhone 8” gəlir: qiyməti açıqlandı

Bölmə: Texnologiya / Xəbərlər
“iPhone 8” gəlir: qiyməti açıqlandı
Mütəxəssislər bu il təqdim olunacaq yeni “Apple” smartfonunun təxmini qiymətini hesablayıblar.
Lux.Az -ın “vladtime.ru” saytına istinadən verdiyi məlumata görə, ekspertlərin fikrincə, “iPhone 8” modeli 900 dollardan baha olmayacaq.
 
Analitiklər tərtibatçılardan əldə etdikləri bütün məlumatları nəzərdən keçiriblər. Hazırda məlum olan budur ki, ABŞ korporasiyası “Samsung” şirkətindən 70 milyon ədəd OLED-displey sifariş edib. Eləcə də “iPhone 8”də “Touch ID” sensorunun tətbiq olunacağı bəllidir.
 
Hesablama zamanı smartfonun 7-ci versiyasına olunan əlavələr də nəzərə alınıb. Bütün təhlillərdən sonra mütəxəssislər yeni smartfonun qiymətini orta hesabla 900 dollar həcmində qiymətləndiriblər. Onlar hesab edir ki, qiymət 1000 dollardan yuxarı olmamalıdır.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©