Qeydiyyat    Giriş
Giriş
» » Azərbaycanda ilk 100 “Apple iPhone 5” smartfonu 15 dəqiqə ərzində satılıb

Azərbaycanda ilk 100 “Apple iPhone 5” smartfonu 15 dəqiqə ərzində satılıb

Bölmə: Texnologiya / Xəbərlər

Azərbaycanda ilk 100 "Apple iPhone 5” smartfonu "Alma Store”, "World Telecom”, "Irshad Telecom”, DNS, NLT, "Computex” və s. yüksək texnoloji avadanlıqları üzrə ixtisaslaşan şəbəkələr tərəfindən rəsmi satışlar başlanandan cəmi 15 dəqiqə ərzində satılıb.

Bu barədə Lux.Az-a İKT İnformasiya Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan MDB məkanında yeni "Apple iPhone 5” smartfonunun rəsmi satışlarını başlayan ilk ölkədir. Azərbaycanda ilk rəsmi satışlar ümumdünya satışlarından cəmi iki gün sonra başlayıb.

"Apple iPhone 5” smartfonunun Azərbaycanda rəsmi distribusiyası ilə məşğul olan "Caspian Mobile” şirkətinin nümayəndəsi İlyas Əhmədov bildirib ki, yeni modelin yalnız nano SİM-kartları ilə istismar olunduğunu nəzərə alaraq "Caspian Mobile” tərəfindən smartfonun satışları ilə məşğul olan ilk beş dilerə SİM-kartı nano SİM-karta çevirən qurğu hədiyyə olunub.

"Hazırda Azərbaycanda rəsmi satılmış bütün "Apple iPhone 5” smartfonları heç bir texniki problemlə üzləşmədən istismar olunur. Artıq Azərbaycana rəsmi satışlar üçün təqdim olunmuş smartfon partiyası satılıb” - deyə, şirkət nümayəndəsi qeyd edib.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©