Qeydiyyat    Giriş
Giriş
Sual və Cavablar

Sayta necə xəbər göndərə bilərəm?

 

Saytda sizin istifadəçi panelinizdə XƏBƏR GÖNDƏR var. Ora daxil olub ordakı formaları dolduraraq xəbər göndərin. Xəbər göndərilmə qaydasını daha ətraflı buradan oxuyun.
Xəbərə şəkil (gif, jpg, png) əlavə etmək üçün foto.upload.az
Xəbərə fayl (mp3, exe, zip, avi və s) əlavə etmək üçün upload.az keçidindən istifadə edin. 
 
Göndərdiyim xəbər niyə qəbul olunmayıb (silinib)?
Səliqəsiz, şəkilsiz, maraqsız, Azərbaycan dilinin latın qrafikası ilə yazılmayan xəbərlər dərhal silinir. Ancaq gözəl şəkildə hazırlanmış "aktual" və "maraqlı" xəbərlər saytda yerləşdirilir.
Göndərdiyiniz Xəbərlər aşağıdakı hallarda silinə bilər.

a) Xəbər maraqlı və aktual olmadıqda.
b) Xəbər Azərbaycan dilinin latın qrafikası ilə yazılmayanda.
c) Xəbər digər Azərbaycan saytından götürülmə olanda.
d) Xəbərdə hansısa saytın reklamı olduqda.
e) Xəbərdə olan şəkillər mövzuya uyğun olmayanda.
f) Xəbərin məzmunu düzgün bölməyə uyğun olmayanda.
g) Xəbər səliqəsiz göndərildikdə. 

 

 

 

Saytda necə status ala bilərəm?
Saytda status almağınız üçün sizin saytda aktiv olmağınız vacibdir. Əsasən tez-tez maraqlı xəbər göndərən istifadəçilərə üstünlük verilir. Şərhlərdə flood edənlərə status verilmir!

Saytda olan statusum alınıb və ya azaldılıb. Səbəb?

 

 

Aşağıdakı hallar aşkar edildikdə istifadəçinin statusu alına və ya azaldıla bilər.

a) Digər saytda statusu olması aşkar edilərsə.
b) Şərh və ya şəxsi mesaj vasitəsi ilə digər saytı reklam edərsə.
c) Şərhlərdə və ya şəxsi mesaj vasitəsi ilə istifadəçini təhqir edərsə. Etikadan kənar şərh yazarsa.
d) Xəbərlərdə pointə görə qısa konkret (tşk, yükləmirəm, çox sağol və s) şərhlər yazarsa. Flood edərsə.
e) Sayta 1 aydan çox daxil olmazsa.

Şərhlərim silinib və pointlərim azalıb. Səbəb?
Aşağıdakı hallar aşkar edildikdə istifadəçinin şərhləri silinə və pointləriniz azaldıla bilər.

a) Şərhlərdə ümumi etik qaydaları pozduqda və kimisə təhqir etdikdə.
b) Mövzudan kənar şərh yazdıqda və flud etdikdə.
c) Point qazanmaq üçün dalbadal yazılan mənasız, ancaq smayliklərdən ibarət şərhlər aşkar edildikdə. ("Sağol" , "Çox sağol" , "Təşəkkür edirəm" tipli mənasız şərhlər yazdıqda və köhnə xəbərlərə point artırmaq üçün şərh yazdıqda)
d) Şərhlərdə hansısa saytın reklamı olduqda.
e) Şərhləri chata çevirdikdə.

 

 

 

Mən imza qoymaq istəyirəm, ancaq bilmirəm hardan necə dəyişim?
Saytımızda ancaq (aktiv userdən başlanan) statuslu istifadəçilər imza qoya bilər və dəyişə bilərlər. Əgər saytda statusunuz varsa onda Şəxsi məlumatım -a daxil olub oradan imzanızı dəyişə bilərsiniz.

Mən şərh yaza bilmirəm. Sayt məndə çox gec açılır. Sayt tam açılmır. Nə edim?
Köhnə Browserlerinizi yeniləyin və bununlada internetdə sürətli, rahat və təhlükəsiz səyahət edin!
Browserlerin yeni versiyasını aşağıdaki linklərdən yükləyə bilərsiniz:

Firefox 13.0

Opera 12.00

Internet Explorer 9

Google Chrome 16.0.879.0 canary

Safari 5.1

Netscape Navigator 9.0.0.6



Çap etmək
>
©