LUX.AZ > Şou Biznes / Xəbərlər > Röya bədəninə qiymət qoydu: “Sinəm 50 milyon, 100 milyon da...”

Röya bədəninə qiymət qoydu: “Sinəm 50 milyon, 100 milyon da...”


6-04-2017, 17:45. Yazar: Admin
Röya bədəninə qiymət qoydu: “Sinəm 50 milyon, 100 milyon da...”
Səmimidir, əksər şou əhli kimi danışanda sözlərinə ütü çəkmir. Buna görə də iynəli sözləri çox vaxt başına bəla olur. Amma kim nə deyir-desin, özü demişkən Yaqub kişinin, bu qara qızı sevilir də…
Röyanı deyirəm, kişilərin röyasını qarışdıran əməkdar artist Röya Ayxanı…
Lux.az bildirir ki, Yeniçağ.az-a müsahibə verən Röya ən məhrəm sirlərini açıqladı.
- Bir çox dünya ulduzları vücudlarının gözəgəlimli əzalarını sığorta etdirir. Sənin gələcəkdə belə bir fikrin varmı?
- Hələlik bu barədə düşünməmişəm. Amma gələcəkdə belə bir fikrə düşsəm, ilk növbədə, sinəmi sığorta etdirəcəm.
- Niyə məhz sinəni?
- Ona görə ki, sinəmdə xal da var, çox qəşəngdir.
- Bəs qiyməti?
- Hələ məbləği nəzərdə tutmamışam. Sinəmi zarafatla dedim. Bədənimin hansı əzasını sığorta etdirmək barədə doğrudan fikirləşməmişəm. Cünki elə bir gözəl yerim yoxdur. Amma böyük məmnuniyyətlə, səsimi sığorta etdirərdim.
- Hansı məbləğə?
- Ayyy... Çox baha. Bunu səsimdəki rəngi qorumaq üçün edərdim. Demirəm, səsim var (gülür), amma səsimin rəngi var. Amma indi gərək sığorta şirkətləri də real olsun ki, mən bu arzumu reallaşdırım.
- O rəngin qiyməti də yəqin çox başa olar?
- Əlbəttə baha, səsimi 100 milyon dollara sığorta etdirərdim.
- Bəs sinəni?
- Sən ancaq seksual suallar verirsən də (gülür). Sinəmi 50 milyona, çünki çox möhtəşəmdir.
- Səmimiyyət başına bəla olurmu?
- Yox, olmur, rahat adamam mən. Söz-söhbətləri boş verirəm.
- Cəmiyyətdə səni ən çox nə qıcıqlandırır?
- Mən Bakıya ancaq işlərimi görmək üçün gəlirəm. Heç nədən xəbər tutmuram. Buna görə çox da problemim olmur.
- Bakıda yaşamırsan ki?
- Bakıda da yaşayıram, İstanbulda da.
Geriyə qayıt