Qeydiyyat    Giriş
Giriş
» » Röya: "Natavanla Elnarə mənə "çuşka" deyirdilər"

Röya: "Natavanla Elnarə mənə "çuşka" deyirdilər"

Bölmə: Şou Biznes / Xəbərlər

Röya: "Natavanla Elnarə mənə "çuşka" deyirdilər"

Əməkdar artist Röya Ayxan "W-trio” qrupunda başına gələnlərdən danışıb.

Lux.az-ın məlumatına görə, "V Element” verilişində qonaq olan ifaçı qrupda birgə çalışdığı Natavan Həbibi və Elnarə Xəlilovanın illər öncə ona qarşı haqsızlıq etdiyini bildirib: "W-trio” vaxtı qızlar mənə lağ edirdilər. İngilis dilini bilmirdim. Deyirdilər "çuşka”san, pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Çünki həmişə evə pul aparmağa çalışırdım. İndi inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay…(gülür). İngilis dilini bilməklə deyil ki… Bir dəfə qızlar siqaret çəkməyimi Vaqif Gərayzadəyə satdılar. Sevgilim də var idi… Kişi məni çox danladı. Məni satmalarına pis oldum. Guya mən siqaret çəkməklə onlara ləkə gətirə bilərəm. Dedim, "Vaqif müəllim, mən gedirəm. Amma bilin ki, stollarda oxuyub pul qazanmayacağam. Kiminsə pulu ilə məşhurlaşmayacağam”. Dedi, sübut et. Əməkdar artist adı alanda Vaqif müəllim mənə kətə bişirdib gətirdi. İndi Elnarə, Natavanla münasibətim yaxşıdır. Hərənin öz ətrafı var”.
lent.az

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©