Qeydiyyat    Giriş
Giriş
» » İlqarə İbrahimova nişanlandı?

İlqarə İbrahimova nişanlandı?

Bölmə: Şou Biznes / Xəbərlər

Aygün Kazımovanın qızı nişanlandı

Azərbaycanın xalq artisti, məşhur estrada müğənnisi Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın nişanlanması haqda xəbərlər dolaşır. Facebook sosial şəbəkədə Aygün Kazımova adına açıqlan rəsmi səhifələrdə xalq artistinin qızına təbriklər ünvanlanır. Məsələyə aydınlıq gətirmək üçün sənətçinin prodüsseri Toliklə (Tarix Əliyev) əlaqə saxladıq.Açıqlama verən prodüsser yayılan xəbəri təkzib etdi: "Nə nişanlanmaq? Bu insanlar nə danışır? Dünən İlqarənin nişanı yox, ad günü idi. Nişan barədə söhbət belə yoxdur. Bunlar hamısı yalandır”.

 Tolik onu da əlavə etdi ki, Aygün xanım qızının ad gününü ancaq ailə ətrafında qeyd edib: "Aygün xanım səfərdən dünən dönüb və o an da qızını təbrik etməyə tələsib. Bu il ad günü keçirtmədik. Aygün xanım və qızı İlqarə ailə ətrafında qeyd etdilər”.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©