“Mən və ailəm Faiq və Fərid Azayev qardaşlarının təhdid və şantajlarına görə yeni il bayramını qorxu içərisində keçirmişik”.
Lux.az-ın məlumatına görə, bunu müğənni Rəqsanə Vesti.az saytına açıqlamasında söyləyib.
Rəqsanə bildirib ki, artıq bir neçə gündür qardaşlar onları sakit yaşamağa qoymur, daim təzyiqlərlə üzləşirlər: “Onlar məni və anamı qisas almaqla hədələyirlər. Eyni zamanda onlar şantaj məqsədi ilə oğurladıqları bacım oğluna təzyiq göstərməyə çalışırlar. Hətta bizi silahla da hədələyiblər. Mən bilmirəm ki, onlar nə istəyirlər?! Mən təhlükəsizliyimizin təmin edilməsi üçün dəfələrlə 16-cı Polis Bölməsinə və Nərimanov Rayon Prokurorluğuna müraciət etmişəm. Lakin müraciətlərim cavabsız qalıb. Biz bu insanların məsuliyyətə cəlb olunmasını istəyirik”.
Müğənni qeyd edib ki, qardaşlardan biri Yasamal rayonundakı polis bölmələrinin birində işləyir. Rəqsanə hüquq-mühafizə orqanlarına müraciətinin bu səbəbdən cavabsız qaldığını ehtimal edir: “Mən təhlükəsizliyimin təmin edilməsi üçün baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edirəm”.
Xatırladaq ki, Rəqsanə az əvvəl Fərid Azayevlə yaxın münasibətləri olduğunu, sonra ayrıldıqlarını söyləyib.
Nərimanov rayon 16-cı Polis Bölməsinin rəisi Hikmət Usubov Vesti.az-a açıqlamasında deyib ki, bu, müğənni Rəqsanənin polisə ilk müraciəti deyil: “O, həmişə şikayətlərlə polisə müraciət edir. Qardaşların təhdidi ilə bağlı son müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsi tərəfindən də təhqiqat aparılır”.
Hikmət Usubov bildirib ki, Fərid və Faiq Azayev qardaşları Rəqsanəni onlara müəyyən məbləğdə pul borclu olmasına görə bezdirirlər. Məlumdur ki, Rəqsanə Faiq Azayevin avtomobilinin ciddi zərər gördüyü yol-nəqliyyat hadisəsinin səbəbkarı olub. Buna görə də avtomobil sahibi müğənninin dəyən zərəri ödəməsini tələb edir. Rəqsanə və ailə üzvlərinə silahla təzyiq göstərilməsinə gəlincə, bu barədə 16-cı Polis Bölməsində məlumat yoxdur.
Vesti.az yenidən müğənni ilə əlaqə saxlayıb. Rəqsanə isə Azayev qardaşlarına borclu olmadığını söyləyib: “Mən qəzaya düşən zaman onların “Mercedes Gelandewagen” markalı avtomobilinə zərər dəymişdi. Mən onlara avtomobili öz hesabıma təmir etdirməyi təklif etdim, onlar isə 290 min dollar istədilər. Yəni faktiki yeni avtomobil almağı tələb etdilər. Mən qəti surətdə bundan imtina etdim. Əgər mənim şikayətimə baxılmasa, Azərbaycanı tərk edəcəyəm”.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

SEO
analiz
Keçid
vitrini