
Müğənni maliyyəçi sevgilisi ilə bu ay nikah masasına oturacaq.
Anspress yazır ki, tanınmış müğənni, bir müddət öncə "mavi" olduğunu açıqlayan Riki Martin evlənməyə hazırlaşır. Müğənni sevgilisi Karlos Qonzales ilə ailə quracaq. Artıq cütlüyün toy tarixi bəllidir. Onların toyu yanvarın 28-də baş tutacaq.Öz ölkəsində (Puerto-Riko - red.) eynicinsli nikahlar yasaq olduğu üçün İspaniya vətəndaşı olan Riki Martinin toy tarixini elə ispan mətbuatı açıqlayıb.
Surroqat anadan iki uşaq sahibi olan Martin maliyyə sahəsində işləyən sevgilisindən də çox razıdır: "Karlosla bir-birimizi sevirik. O mənim uşaqlarımla da çox yaxşı dil tapır".
Qeyd edək ki, Riki Martin "mavi" olduğunu 2010-cu ildə açıqlamış və "bunun mənə bir hədiyyə olduğunu düşünürəm" demişdi.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini