Qeydiyyat    Giriş
Giriş
» » Müğənni Nuşabə: "Toyda 100 min dollar qazandım, amma..."

Müğənni Nuşabə: "Toyda 100 min dollar qazandım, amma..."

Bölmə: Şou Biznes / Xəbərlər

Populyar azərbaycanlı müğənni Nuşabə Ələsgərli bütün yay boyu toylarda olub, bu günlərdə isə uşaqları ilə birlikdə dincəldiyi Bodrumdan qayıdıb.
Sənətçinin dediyinə görə, Bodrumda çoxlu azərbaycanlı olduğundan, özünü Azərbaycanı heç tərk etməmiş kimi hiss edib.
O, vətəndə dincələndə rahatsız olduğunu deyib: "Hətta doğma Şəkidə belə, rahat istirahət edə bilmirəm. Ora-bura getmək, qohumlara baş çəkmək və ya onları qonaq qəbul etmək gərəkdir".

Lux.Az xəbər portalı bildirir ki, onu toylara ölkənin hər yerinə çağırırlar.

"Məsələn, bu yaxınlarda Qubada toyda idim. Gündüz saat üçdən axşam saat 9-a qədər toyu "apardım" və əsla yorulmadım. Çünki ətrafımda əla aura vardı. Və ya Donetskdə toyda oldum. İlk baxışdan uzaq yol, fərqli iqlimdir - amma yenə də elə həmin aura nəticəsində hər şey rahat və yaxşı oldu", - sənətçi deyib.

Onun sözlərinə görə, müğənnilər ölkənin kənd rayonlarında və ya xaricə toya dəvət alanda Bakı ilə müqayisədə çox pul istəməkdə haqlıdırlar: "Bəs necə?! Axı rayona gedəndə oraya çatana qədər günün itir. Rusiya və ya Ukraynaya gedəndə isə bir gün ora, bir gün toyda, bir gün də qayıdış - üç gün gedir. Ona görə də qonorar daha çox olmalıdır. Bir dəfə toyda olanda 100 min dollardan çox qazandım. O pulların əksəriyyəti şabaş idi".

Nüşabə Ələsgərlinin dediyinə görə, toylarda qonaqlarla qətiyyən rəqs etmir.

"Müğənni belə etməməlidir! Çünki müğənni toyda qonaqlardan biri ilə qol-boyun, "ləng" rəqs edərsə, dava yarana bilər. Kişi müğənni düşünməlidir ki, qadın qonağın toyda əri, qardaşı, qohumu ola bilər. Qadın müğənni isə bilməlidir ki, orada kişinin arvadı otura bilər. Belə işlər əsla xoşuma gəlmir. Ona görə də son 10 ildə toylarımda əsla dava düşməyib", - müğənni deyib.

Sənətçinin sözlərinə görə, "palatka" toyları keçirməkdən, toylarda bozbaş və başqa milli xörəklərdən imtina etməyi bəyənmir: "Axı niyə toylarda bozbaş verilməməlidir? Nə üçün fransızlar qurbağa, koreyalılar da it əti yeməkdən imtina etmirlər?! Bizim toylarda isə 30 növ salat, üstəlik dondurma və tort verilir. Buna hansı qarın dözər?! Yaxşı ki, Bakı kəndlərində ənənələrimizi qorumuşuq - bu, məni sevindirir".

Toyda gəlinin belinə qırmızı lent bağlanmasına gəldikdə isə, N.Ələsgərli bu ənənənin qorunmasının tərəfdarıdır.

"Sadəcə, bu ənənəni məcburiləşdirmk olmaz. Axı qeyri-rəsmi nikahda yaşamış qadının toyda belinə qırmızı lent bağlaması gülüncdür. Qırmızı lenti ləkələmək olmaz! Yeri gəlmişkən, türk şou-biznesində gəlinin belinə qara lent bağlamaq dəbə düşür. Məncə, biz də bu ənənəni  gerçəkləşdirməliyik", - N.Ələsgərli deyib.


Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
©