Qeydiyyat    Giriş
Giriş
» » Röya şou-biznes aləmində növbəti bombasını partladacaq

Röya şou-biznes aləmində növbəti bombasını partladacaq

Bölmə: Şou Biznes / Xəbərlər

Çox möhtəşəm layihələr üzərində ciddi işlər gedir".
Müğənnilərimizin ildə bir klip çəkdirməyə xəsislik etdikləri bir zamanda Röya Ayxan, maşallah, nə az, nə çox paralel olaraq 3 klipini birdən çəkdirib. Bu günlərdə Türkiyədən qayıdan sənətçi "Solğun günlər"ini türk rejissorları tərəfindən ekranlaşdırıb.

Türkiyənin məşhur müğənnilərindən bir çoxu ilə, Rafet El Romanla, Keremcem və digərləri ilə çalışan rejissor Yüksəl Röyanın klipinə də ekran həyatı verib. Röyanın prodüseri Kənandan aldığımız məlumata görə, klipin montaj işləri bitmək üzrədir.

Eyni zamanda Röya "Sənə görə" mahnısına da klip çəkdirib. Əslində o, bu mahnısının klipini də türklərə həvalə edib. Sadəcə, bu klip "Solğun günlər"dən fərqli olaraq türk rejissoru tərəfindən Bakıda lentə alınıb. Konkret olaraq bir həftədən sonra isə Röya düz 3 klipini pərəstişkarlarının ixtiyarına verəcək.

Kənanın sözlərinə görə, ola bilsin ki, Röya yeni klipi ilə əlaqədar mətbuat konfransı da keçirsin.

Röyanın yenilikləri bununla bitmir. Müğənni payız aylarında möhtəşəm layihələrə imza atacaq. Azərbaycanda analoqu olmayan konsertlə tamaşaçı qarşısına çıxmağa hazırlaşan Röya bu konsertinin də digərlərinə bənzəməyəcəyinə əmindir.

Konsert barədə Röyanın prodüseri Kənanın maraqlı açıqlamaları oldu: "Çox möhtəşəm layihələr üzərində ciddi işlər gedir. Ola bilsin ki, Heydər Əliyev adına sarayda analoqu olmayan konsert verdik. Biz heç vaxt boş vəd vermirik. Əslində stadion konserti də nəzərimizdə var idi. Sadəcə, meydan təmirə dayandığından  bu layihə bir qədər gecikə bilər. Ancaq sarayda konsert mütləq olacaq".

Yeri gəlmişkən, onu da qeyd edək ki, Röya yeni albomunu da bu yaxınlarda pərəstişkarlarının ixtiyarına təqdim edəcək. 10-dan artıq mahnının yer alacağı albom "Sənə görə" adlanacaq.

Kənanın sözlərinə görə, bu payız Röya şou-biznes aləmində növbəti bombasını partladacaq. Müğənni qeyri-adi, analoqu olmayan layihələr üzərində çalışır və payız ayından onların reallaşması nəzərdə tutulub.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©