Qeydiyyat    Giriş
Giriş
» » Tatlısəsə çatası pulları Araş qazandı

Tatlısəsə çatası pulları Araş qazandı

Bölmə: Şou Biznes / Xəbərlər

Tatlısəsə çatası pulları Araş qazandı
Tanınmış müğənni İbrahim Tatlısəsin silahlı hücuma məruz qalması onun pərəstişkarları ilə yanaşı, 6 min turisti də şoka salıb.
Lux.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Parmida Turizm” şirkətinin təşkilatçılığı ilə 4 konsert üçün Türkiyəyə gələn 6 min iranlı turist İbrahim Tatlısəs əvəzinə iranlı sənətçilər - Araş, Kamran, Human və Ebini dinləyib. “Parmida Turizm” Novruz həftəsində Antalyada İrandan gələcək turistlərə konsert verməsi üçün İbrahim Tatlısəslə 450 min manat müqabilində razılaşıb. Konsertlərin ikisi Antalyanın Bələk (22 və 28 mart), digər ikisi Kəmər (23 və 29 mart) rayonlarında olmalı idi. Amma qəfil hadisə baş verdiyi üçün o, səhnəyə çıxa bilməyib. Nəticədə şirkətin planları alt-üst olub.

Bundan sonra şirkət sənətçilər Sibel Can ve Ebru Gündeşə müraciət edib. Hər iki sənətçi başqa proqramları olduğundan təklifdən imtina edib. Sonda şirkət İran əsilli sənətçilər Araş, Kamran, Human və Ebi ilə razılaşıb.

Novruz bayramında Türkiyəyə gələn təxminən 6 min iranlı turist iranlı sənətçilərin səhnəyə çıxdığı konsertlərdə gec saatlaradək əylənib.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©