Qeydiyyat    Giriş
Giriş
» » "Kurtlar Vadisi" pərəstişkarlarına bəd xəbər

"Kurtlar Vadisi" pərəstişkarlarına bəd xəbər

Bölmə: Tele Serial / Xəbərlər
Türkiyənin son illərdə ən populyar teleserialı olan "Kurtlar Vadisi"nin pərəstişkarlarını şok gözləyir.
Lux.Az "Milliyet"ə istinadən bildirir ki, serialın baş qəhrəmanı Polat Aləmdarın "sağ əli" Memati rolunu oynayan məşhur aktyor Gürkan Uygun serialı tərk edir.
Serialın yeni mövsümünün başlanğıcından etibarən serialda Memati olmayacaq.
Serialı çəkən "Pana Film" şirkətindən verilən məlumata görə, aktyor deyib: "Artıq başqa işlərlə məşğul olmaq fikrindəyəm. Yeni mövsümdə serialda çəkilmək istəmirəm".
Şirkətin rəhbərliyi də aktyorun seçiminə və qərarına sayğı ilə yanaşıb.
İki uşaq atası Uygun bir müddət dincələndən sonra yeni layihələrə qatılacaq.
Ötən mövsüm TNT telekanalında göstərilən "Kurtlar Vadisi Pusu" payızdan etibarən ATV telekanalında nümayiş olunacaq.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
ŞƏRHLƏR (1)
İstfidəçi offline-dır intiqam89 29 avqust 2012 21:40
Mematinin filmden cixmagi duz deyil! cunki onlar kinoda soz vermisdiler. Gerek o bu seyleri nezere ala...bu menim fikrimdi
          1
>
©