
Ayağındakı yara irinləməyə başlamış kişi həkimlərə müraciət edəndə bəlli olub ki, onun zədələnmiş toxuma və əzələlərpinin arasında diş var.
Lux.Az xəbər portalı MSNBC-ə istinadən bildirir ki, 29 yaşlı pasiyent Xorvatiyanın Split Universitetinin nəzdindəki xəstəxanaya ağrılarla bağlı şikayət edib. O, sağ ayağındakı irinli şiş və kəskin ağrılardan şikayətlənirdi. Pasiyent onu da dedi ki, çimərlikdə gəzişərkən şüşə qırıntısının üstünə çıxıb.Müayinə zamanı həkimlər onun sağ ayağındakı üçüncü və dördüncü barmaqlar arasında infeksiyalır yara görüblər. Rentgen çəkilişi yaranın içində dişi xatırladan yad nəsnənin olduğunu göstərib.
Əlavə sorğu-sual zamanı xorvat etiraf edib ki, çimərlikdə dava edərkən ayağından yara alıb. O, dalaşdığı adamın sifətinə ayağı ilə zərbə vurubmuş.
Davadan 10 gün sonra onun ayağı ağrımağa başlayıb, yaradan irin axıb.
Xorvat həkimə üz tutaraq yarasının əsl səbəbini deməyib və antibiotik alıb.
Split xəstəxanasında diş qırığı abses yaratdığı yaradan çıxarılıb, pasiyent isə zəruri müalicə alandan sonra evə buraxılıb.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini