
Saçlara təbii rəng verdiyi deyilən bu boyadan istifadə edən ingilis qadın koma vəziyyətinə düşüb.
Lux.Az xəbər portalı "The Sun"a istinadən bildirir ki, 29 yaşlı Meriad Kellinin səhhəti hələ də normallaşmayıb.
Onun dediyinə görə, "Garnier Nutrisse" adlı saç boyası alaraq saçına sürtəndən sonra ürəyi sürətlə döyünməyə başlayıb.
"Ürəyim bulandı, başım gicəlləndi, gözlərimə qaranlıq çökdü. Sonra başımda sarı irinli yaralar əmələ gəldi, yanıq ət qoxusu yayıldı", - Meriad deyib.
Xəstəxanaya aparılmış qadını görərkən həkimlər onu reanimasiya bölməsinə yerləşdirərək dərhal müalicəyə başlayıblar.
Həkimlərin dediklərinə görə, orqanizminin allergik reaksiyası güclü olan Kellinin durumu hələ tam yaxşılaşmayıb.
İlkin məlumatlara görə, "Garnier Nutrisse" say boyasından istifadə etmiş bir neçə qadında da analoji problemlər yaranıb.
Britaniya Səhiyyə Nazirliyi saçları boyamaq əvəzinə qadınları ölümcül hala salan bu boya ilə bağlı araşdırmalara başlayıb.
Mütəxəssslərin dediklərinə görə, "Garnier Nutrisse in Black" saç boyasının tərkibində parafenilendiamin (PDD) var ki, bu da çox güclü allergen olduğundan Avropa Birliyinin əksər ölkələrində yasaqlanıb.
PDD-ni 2006-cı ildə ABŞ-da da təhlükəli maddə sayıblar.


Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini