
Şəhərdə yaşayan insanların həyatı haqqinda çox şeyi bilmirik. Bilmirəm bu yaxşıdi ya yox, amma kənddə yaşayan insanlar haqqinda hamı hər şeyi bilir. Uşaqliq dövründən tətillərimi bağda keçirirdim və bu dövr ərzində o qədər hadisələrin şahidi olmuşam ki! O qədər boş səbəblər üzündən bədbəxt olan qadin həyatlarının şahidi olmuşam ki! Hərəsinin həyati haqqinda kitab yazmaq olar!
Aynur xanımın dəstəyi ilə bunların bəziləri haqqinda sizə danişmaq istərdim!
Qaldiğımız kəndin ən dağliq ərazisində uzaq gohumumz olan bir ailə yaşayır. Bütün kəndin hörmətini qazanmış ailə başcisi seyyid nəslindən olan dindar bir kişi idi. Hami ona Ağa deyə müraciət edirdi. Pulsuz Quran dərsləri keçirdi. 7 uşağı var. 4 qiz, 3 oğlan. Qızları hicablı xanımlardi. Ən kiçiyi o qədər gözəl giz idi ki, mələk üzlu! Anam onu hətta böyük qardaşıma almaqi düşünürdü. Amma birdə eşitdik ki məktəbi bitirər-bitirməz onu ərə veriblər. Atasının tələbəsi olan oğlana verdilər qızı təbii ki onun rəyin soruşmadan. Ağanın məsləhət qördüyünə kim nə deyə bilərdi axi? Toyuna anam qetmişdi. Onu yenidən ancaq keçən il gördüm.
İlahi! İnsan necə dəyişərmiş! Ariq üzündə yalnız gözləri qalmışdı! Mələk simasından əsər əlamət belə qalmamışdı! Xəstəxanada ölümcül halda olduğunu eşitmişdik, anamla onu qörməyə qetdik. Sən demə Ağanın ağılli, tərbiyəli hesab etdiyi oglan əsil manyak imiş! Qizı döyür, işgəncələr verirmiş ona! Evdən çıxanda qapını açarla bağlayıb gedirmiş. Gələndə isə adi bir mənasız səbəb taparaq döyürmüş! Hər gün!
"Niyə dözürdün?" axi soruşdum. "Nə edərdim?" dedi:
- Toydan bir il yarım keçmiş o hamamda olarkan balaca oğlumu qötürüb qaçdım evdən, ev paltarlarımla! Avtobusa verməyə belə pulum yox idi! Bir təhər atamgilə gəlib çıxdım, daha orda qala bilmirəm, dedim, Aga, dözə bilmirəm daha. Məni döyür, təhqir edir dedim. O ele oğlan deyil, eşitdim cavabında. Hansı qadın döyülmür ki, buna qörə ailə dağıtmağa dəyməz. Get və bir daha qayıtma, dedi mənə atam! Nə edərdim, Hara gedərdim? Qayıtdim evə. Cəhənnəmim elə o gündən başladı! Oğlanın ayağı bir azda yer tutdu!
Məni hər gün döyməyə başladı, döyürdü sonrada yaxinliq etmək istəyirdi, nifrət edirdim ona da, özümə də, iyrənirdim ondan! Ondada mənə sən qadın deyilsən buz parçasısan deyirdi.
Qonşuluqda əxlaqsiz qadini qətirirdi evə, mənim əlimi qolumu stula bağlayaraq gözümün gabağinda onunla sekslə məşğul olurdu, məni də baxmağa məcbur edirdi!"
Göz yaşları içində "Əllərimə bax" dedi, biləyindən çiyninə qədər lezviya ilə ciziqlar əlindən yer yox idi! Ayaqları "otvertka" ilə qizdirilib yandirilan yaniq izləri!!! Dəhşətə qəldim! "Ay qız, sənin bacıların, qardaşların sizə gəlmirdi heç" soruşdum?
- Yox- dedi, başıma döyə döyə onlara zənq edib – "bizə qəlməyin, siz mənim xoşbəxtliyimə mane olursuz" deməyə məcbur edirdi məni! Onlarda "mənim səadətimə" görə bizə qəlmirdi! Üzümdəki göylərdən utanaraq paltar sərəndə uzumu yayliqla örtürdüm! Bir dəfə işlətdiyi magazində satmaq üçün pirojki bişirməyə ət alıb gətirmişdi, ucuz olsun deyə tam sümüklü ətlər idi, onlari təmizləməyə bir qədər çox vaxtim getdi, "sən hələ qurtarmamısan" deyib sumuyun birini atdi üstümə, başım yarildı, ağrıdan huşumu itirdim, ayılanda elə yerdəcə uzanib galdığımı gördüm, o isə çoxdan çıxıb gedib. Bir dəfə yenə o qadını gətirməyə gedirdi, "bəsdir, daha yetər" dedim, mən buna dözə bilmirəm dedim, biçağı götürüb üstümə atdı! Biçaq ətimi kəsdi! Düz 3 gün sağ tərəfimdə uzanib qaldim, qan axa axa, həkim belə çağirmadı!
"Bəs niyə doğurdun?" deyə soruşdüm. Onun 3 uşağı vardı! "Başqa çarəm mi var idi" dedi? Uşaqları belə evdə doğmuşam! Son dəfə səhər gedirdi, hara gedirsən soruşdum, gözləri yenə çöndü, üzümdən vurmağa başladi, yıxıldım, təpikləməyə başladı. Ayılanda artıq xəstəxanada idim!”
Sən demə, qızı döyüb gapını bağlayıb gedib. Səhər qonşu gapını doyub, uşaqların ağlamaq səsinə qəlib, polis çağırıb, gəlib qapını sındırblar. Balaca qızı yatağında, 5 və 3 yaşındakı oğlanları isə dinməzcə analarının yanında oturan görüblər. Qızın dalağı partlayib, bağırsağın bir hissəsi zədələnib, 3 gabırğası sinmiş halda! Həkimlər 1 gün partlamış dalaqla, gan axma ilə peritonit olmamağı Allahın möcüzəsi adlandirdilar! Bicaq yarasında görən həkim şokda olub! Polisə təcili xəbər verib zorakiliq hagginda. Oğlanı dərhal tutublar. Məhkəmə 10 il iş kəsib. Qız bacisigildə qalırdi xəstəxanadna sonra, onu ziyarətə gəldim yenə də, "o evə qayitmaq istəmirəm" deyirdi!
Boşanmağa ərizə vermişdi, sozsüz ki boşadi məhkəmə onları. "Amma çox qorxuram", deyirdi! Qohumları dəli adıni verib onu xəstəxanaya çıxarmaq istəyirllər" dedi.
Utanmaz-utanmaz qəlib qızdan sözlərini geri götür deyiblər, xəstə olduğuna səndə şahidlik et deyiblər! “Birdən azadliğa çıxar, yenədə qələr, hər qapı döyüləndə arxasında onu qörməkdən qorxuram dedi!” hech də qorxma dedim, polisə şikayət edərsən, sənə 50 metr yaxinliğına gələ bilməz dedim! Uşaqları da öyrət, polisin nömrəsini yiğmağı öyrət onlara.
"Uşaqlar necə, özlərinə gəliblər?" soruşdum, birdən qözləri doldu, aci həyati haqqinda danişarkan heç ağlamamışdı, sanki qurumuşdu qöz yaşları, lakin indi birdən qözlərinin dolduğunu görəndə çox təəcübləndim. “Böyük oğlumun gözlərində hərdən onun gözlərinin vəhmini görürəm dedi, hərəkətlərində zalimliq görürəm! Oğlumun elə olmasına dözə bilmərəm dedi! Qorxma sənin məhəbbətin hər şeyə qalib gələcək dedim, sən goymazsan o atasına oxşasın dedim, ama doğrusu bu sözlərimə heç inanmağım gəlmədi...
P.S. Bu da Azərbaycanlı, sizlərin arasında olan bir qadının həyat hekayəsi... Nə film deyil, nə bədii əsər. Hər şey olduğu kimi təsvir edilib. Sonra da deyirlər ki, Azərbaycanda qadına qarşı zorakılıq yoxdur. "Gəlin getdiyin yerdın meyidin çıxacaq" deyib bizi yola salırlar. Həqiqətən də elə olur. Atalar qızlarına yalnız meyid gününə düşdükdən sonra geri dönməyə icazə verirlər.
Diqqət! Sizlərdən biri, yaxud ətrafınızda bu cür zorakılığa məruz qalan qadınlar varsa xahiş edirəm mənə yazın.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini